Azərbaycandan ABŞ-ın ştat qərarına sərt etiraz - BƏYANAT

img

10-05-2014 [15:09]


ABŞ-ın Kaliforniya ştatının Assambleyası tərəfindən Dağlıq Qarabağdakı qondarma rejimin tanınması Azərbaycanda sərt təpkiylə qarşılanıb.

Mia.az xəbər verir ki, bununla bağlı Qarabağ Azadlıq Təşkilatı da bəyanat yayıb. Bəyanatı təqdim edirik: 

"Biz ABŞ-ın Kaliforniya ştatının Assambleyası tərəfindən Dağlıq Qarabağdakı qondarma rejimin tanınmasını qətiyyətlə pisləyirik. Hesab edirik ki, bu qərar Assambleya üzvlərinin bəzilərinin yalan informasiya ilə aldadılması, digərlərinin isə pulla, bahalı hədiyyələrlə, "erməni gözəlçələri” ilə ələ alınması nəticəsində ortaya gəlib. Ermənilər həmişə bu cür siyasətə əl atıblar, Rusiyanın rəhbərləri I Pyotru, II Yekaterinanı, I Nikolayı, Mixail Qorbaçovu da, Vladimir Jirinovski, Adam Siff, Mayk Hatto, Baronessa Koks kimi siyasətçiləri də bu yolla ələ alıblar. Bu adamlardan bəziləri satın alındıqlarını etiraf ediblər. Məsələn, Vladimir Jirinovski bir neçə dəfə etiraf edib ki, ermənilər onu pulla, bahalı hədiyyələrlə,  "erməni gözəlçələri” ilə təmin edir, hətta səhərlər xaşı da bişirib onun evinə gətirirlər. Biz ermənilərin ayrı-ayrı dövlət başçılarının, siyasətçilərin, məmurların, KİV nümayəndələrinin ələ alınması üçün pul, bahalı hədiyyə, "erməni gözəlçələri”  və qonaqlıqlardan, o cümlədən xaş qonaqlıqlarından istifadə etməsini şərti olaraq "xaş diplomatiyası” adlandırırıq. Təəssüf ki, dünyada olduğu kimi, Azərbaycanda da bəzi siyasətçilər, ictimai xadimlər, KİV nümayəndələri ermənilərin "xaş diplomatiyası”nın qurbanlarına çevrilir, ermənilərlə dialoqun vacibliyindən danışır, erməni siyasətinə xidmət  göstərirlər.

Biz ABŞ siyasətçilərini, dövlət nmayəndələrini ermənilərin, "xaş diplomatiyası”na uymamağa çağırır, ABŞ hökumətindən erməni təxribatlarının qarşısının alınmasını tələb edirik". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA