İlham Əliyev Gülə və Ərdoğana məktub yazdı: "Son dərəcə sarsıldım"

img

14-05-2014 [13:03]


Azərbaycan prezdenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə və baş nazir Ərdoğana başsağlığı verib. 

Mia.az həmin başsalıqlarını təqdim edir: 

"Hörmətli cənab Prezident, Əziz Qardaşım,
Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"

İlham Əliyev həmçinin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana da başsağlığı verib:

"Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,
Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA