GÜLLƏLƏR HARADAN və KİMƏ ATILIR? - Deputat həmkarına sui-qəsddən yazdı (TƏHLİL)
29-03-2023 [17:39]
Xəbər verildiyi kimi, dünən deputat Fazil Mustafa evinin qabağında güllələnib.
Mia.az xəbər verir ki, o, yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hazırda həyatına təhlükə yoxdur.
Azərbaycanın hüuq mühafizə orqanları və bütövlükdə cəmiyyət bu hadisəni birmənalı terror aktı sayıb.
Bu və ya digər məqamlarla bağlı millət vəkili Musa Urud maraqlı təhlil aparıb.
Mia.az həmin təhlili oxucularına təqdim edir:
***
Tanınmış ictimai- siyasi xadim, millət vəkili və partiya sədri Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd çirkin bir terror aktı, Azərbaycan dövlətinə qarşı planlaşdırılan və icra olunan ağır cinayət əməlidir.
Heç şübhəsiz ki, bu terror Fazil bəyin ictimai- siyasi fəaliyyəti ilə bağlıdır və ölkədə ictimai asayişi, sabitliyi pozmaq, xof yaratmaq, haqqı deyənləri, milli maraqları müdafiə və təbliğ edənləri qorxutmaq və susdurmaq niyyəti güdür. Fazil Mustafa tanınmış, təcrübəli, parlaq ictimai- siyasi xadim olmaqla, bütün fəaliyyəti şəffafdır, şəxsi planda özünün və ailəsinin düşməni yoxdur, biznes fəaliyyəti ilə məşğul deyil, kriminal aləmlə əlaqəsi yoxdur. Deməli, ona atılan güllələr onun siyasi mövqeyindən və fəallığından narahat və narazı olan qrupun, qüvvənin, təşkilatın, dövlətin cinayət əməlidir.
Cinayətin vaxtının və yerinin seçilməsi, atəşin " Kalaşnikov" avtomat silahından atılması terrorun qətl məqsədi ilə düşünüldüyündən və həyata keçirildiyindən xəbər verir. Sadəcə, Allah Fazil bəyi qoruyub.
Hər bir cinayət hadisəsinin araşdırılmasında onun motivinin düzgün müəyyənləşdirilməsi əsas rol oynayır. Fikrimcə, bu cinayətdə əsas məqsəd Fazil bəyin fiziki olaraq aradan götürülməsi ilə yanaşı, bəlkə də, daha çox ölkədəki ictimai sabitliyə təhdiddir.
Azərbaycanın son illər, xüsusi ilə, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə əldə etdiyi uğurlar, müstəqil və yalnız milli maraqlara söykənən siyasət aparması, bölgədə güc və söz sahibinə çevrilməsi bəzi dövlətləri, siyasi- hərbi gücləri çox pərişan etmişdir.
İndi Azərbaycan öz tarixinin ən məsuliyyətli, şərəfli, eyni zamanda riskli taleyüklü zamanını yaşayır. Bu dövrü yalnız müstəqilliyimizin ilk illəri ilə müqayisə etmək olar. O dövrdə də Azərbaycan müxtəlif dövlətlərin və güclərin iqtisadi, siyasi və hərbi maraqlarının toqquşduğu bir geo- politika meydanı idi. Məhz o illərdə ölkəmiz çoxsaylı terror hücumuna və qəsdinə məruz qalmışdı. Məhz o illərdə bir neçə dəfə dövlət çevirilişinə cəhd göstərilmiş, Prezident Heydər Əliyevə qarşı 3 dəfə sui- qəsd cəhdi olmuş, Azərbaycanda millət vəkilləri Eldar Bağırov, Afiyəddin Cəlilov, Əli Ansuxski və Ziya Bünyadov bir- birinin ardınca qətlə yetirilmişdi.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi, təcrübəsi, müdrikliyi və şəxsi cəsarəti və xalqın Ona inamı sayəsində bütün terror və sui- qəsd cəhdlərinin qarşısını almaq, ictimai sabitliyi və asayişi bərpa etmək, dövləti qurmaq və möhkəmləndirmək mümkün olmuşdur.
Millət vəkilinə qarşı 28 mart tarixində gecə saat 21.51 dəqiqədə törədilən terror aktından bir az qabaqkı hadisələri geriyə sayım qaydasında xronoloji ardıcıllıqla göz önündən keçirək:
- Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı günü;
- Bizə dost ölkə olan İsraildə səfirliyimizin açılması;
- Bu il Ramazan ayının başlanması fətvasının fərqli qaydada verilməsi;
- "Bravo" marketdə avtomat silahla törədilən terror cinayəti;
- Tehranda səfirliyimizə terror hücumu nəticəsində bir əməkdaşımızın öldürülməsi, ikisini yaralanması;
- İranın "Zəngəzur dəhlizi"nin açılmasına qətiyyətlə qarşı çıxması, bunu öz maraqlarının "qırmızı xətti"adlandırması (qırmızı qan rəngidir);
- İranın Qafanda heç bir zərurət olmadan konsulluq açaraq qonşuluq münasibətlərini sıfıra endirməsi;
- Azərbaycan eko - fəallarının Qarabağda üç aydan artıq davam edən dinc, dirənişli və effektli mübarizəsi, Qarabağ ermənilərinə İrəvandan silah- sursat və terrorçu dəstəyinin qarşısını kəsilməsi;
- Rusiyanın avanturist layihəsi olan "Ruben Vardanyan oyunu" nun pozulması;
- Fransanın ermənipərəst siyasətinin Azərbaycan uctimaiyyəti tərəfindən pislənməsi və cənab prezident İlham Əliyevin müxtəlif beynəlxalq səviyyələrdə dönməz və cəsarətli siyasi iradə nümayiş etdirməsi;
- Postmüharibə dövründə Ermənistanın mina terroru və digər hərbi cinayətlərinin qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun qətiyyətli manevrləri sayəsində bir çox strateji yüksəkliklərin nəzarətə götürülməsi və s.
Yuxarıda qeyd olunan xüsusatların hər biri millət vəkilinə xain terror hücumuna səbəb ehtimalı kimi araşdırılmalıdır və yəqin ki, araşdırılacaqdır.
Yəqin ki, cinayət motivləri araşdırılarkən Fazil Mustafanın sosial şəbəkələrdə 5- ci kolona, antimilli şuraya, dini xurafata, irançı təfəkkürə xidmət edən şiə fundamentalizminə, cəhalətə qarşı davamlı, sistemli və haqlı mübarizəsini də göz ardı etmək doğru olmazdı.
İstənilən halda, Fazil bəyə atılan güllələr Azərdbaycan dövlətinə, milli müstəqilliyimizə və birliyimizə açılmış xain atəşidir.
Bu güllələr sivil müzakirələrdən qorxan nadanların mədəniyyətə, ağıla, biliyə, tərəqqiyə, elmə, təhsilə qarşı cinayətidir.
Fazil bəyə atılan güllələr haqqa, ədələtə, imana, islamın dəyərlərinə qarşı terrordur. Mən Fazil bəyi parlamentdə yaxından tanımlşam və onun nə qədər dürüst əqidəli, inanclı və inamlı bir insan, dərin biliyə malik milli ziyalı, xalqını və dövlətini təmənnasız sevən Vətən oğlu olduğunu bilirəm. Fazil bəy ardıcıl şəkildə və vicdanlı məsuliyyətlə öz seçicilərinin maraqlarını qoruyan, etimadını doğruldan, qanun yaradıcılığı ilə yaxından məşğul olan, Avropa Şurasında Azərbaycanı ləyaqətlə təmsil edən ən fəal deputatlarımızdan biridir.
Terror hücumundan bir azca qabaq, saat 21.28 dəqiqədə Fazil bəy mənə zəng vurmuşdu. İftar süfrəsindən gəlirdi, hələ evinə çatmamışdı. Bir az bu günlərdə yazdığı yazılardan danışdıq, zarafatlaşdıq, sonra isə bu günlərdə birlikdə bir iftar süfrəsi təşkil edib ehtiyacı olan inanclı insanlarımızla bir araya gələcəyimizin detallarını müzakirə etdik.
İnternetdə bir az önca telefonda danışdığımız Fazil bəyin güllələnməsi xəbərini oxuyanda, əvvəl inanmadım, təxribatçı məlumat ola biləcəyini düşündüm. Telefonunu ylğdım, əvvəl xətt məşgul göstərdi, sonra zəng çatmadı. Ortaq dostlarımızı aradım. Hamı şokda idi. Qüdrət bəy nəhayət, qardaşı Nazim müəllimlə danışa bildi, təcili yardım maşını ilə stasionara götürüldüyünü öyrəndik.
Şükür ki, düşmən niyyətin çatmadı, Fazil bəy əmıliyyat olundu, yaralarına və çoxlu qan itirməyinə baxmayaraq idmançı bədəni möhkəmdir və qısa müddətdə sağlamlığı tam bərpa olunacaqdır.
Dünən gecə mən 1 saylı Klinik Mərkəzin qarşısında böyük izdihamın toplaşdığını gördüm.
İzdihamdakı insanların çoxu bəlkə də, Fazil Mustafanı şəxsən tanımırdılar. O insanlar əsil Vətəndaşlarımız olaraq Dövlətə atılan gülləyə, terrora etiraz edərək gəlmişdilər. Haqqın yanında olduqlarını bəyan etmək üçün, dövlətə, cənab Prezidentə dəstək üçün milli birliyimizi nümayiş etdirərək gəlmişdilər.
Əminəm ki, bu mənhus cinayəti törədənlər, təşkil edınlər və sifariş verənlər qısa müddətdə tapılacaq və layiqli cəzasını alacaqdır.
Azərbaycan düclü dövlətdir, ölkədə olduqca möhkəm və etibarlı Prezident- Xalq birliyi mövcuddur və heç bir qüvvə bizim iradəmizi sarsıda bilməz.
Sonda bir daha hörmətli dostumuz Fazil bəyə tezliklə sağalmağını arzulayır, əzizlərinə dostlarına yaşadığımız sarsıntı keçmiş olsun, - deyirəm.
MİA.AZ
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar