Şuşanın işğal günü toya getməyə razılaşan müğənnilər... - SİYAHI

img

08-05-2014 [17:10]


Rəsmi matəm günlərində və torpaqlarımızın işğal günündə müğənnilərimizin müxtəlif bayram və toy şənliklərində iştirak etməsi məsələsi dəfələrlə gündəmə gəlib.
 
Bu cür vəziyyətlərdə hər dəfə tənqid edilən incəsənət adamları görəsən bundan nəticə çıxarıbmı?

"Axar.az”ın əməkdaşı bununla bağlı Azərbaycanın tacı Şuşanın işğal günü - 8 may tarixində müğənnilərimizi "axşam saatları üçün xeyir işə” – guya toyda bir neçə mahnı oxumağa dəvət edib.

 
Əməkdar artist, Aybəniz Haşımova:
 
"Gələrdim, ancaq görürsünüz ki, səsim batıb. Güclə danışıram, belə halda necə mahnı oxuyum?” 

 

Manaf Ağayev:
 
"Niyə oxumuram? Mənim işim elə gəlib oxumaqdır da! Hansı restoranda olacaq? 1000 manat verərsiniz, gəlib oxuyaram”.
 
 
Cavanşir Məmmədov:
 
"Bu gün Şuşanın işğal günüdür. Bu tarixdə heç yerə getmirəm və sizə də məsləhət görürəm ki, bu gün toy etməyəsiz”.
  
 
Ağadadaş Ağayevin köməkçisi
 
Telefon zəngimizə müğənninin özü deyil, köməkçisi cavab verdi və bildirdi ki, 3 min manat qarşılığında Ağadadaş Ağayev məclisimizdə yarım saatlıq iştirak edə bilər:
 
"Yarım saat üçün 3 min manat versəniz, mümkündür, özünə deyib, vaxt ala bilərəm”.
 
 
Vasif Məhərrəmli:
 
"2.500 manat verərsiz, gəlib oxuyaram”.
 
 Zəruri qeyd: Vasif Məhərrəmli jurnalist olduğumuzu biləndən sonra təkrar bizi aradı və...
 
Onun nə dediyini və səs yazısını bir azdan təqdim edəcəyik. 

Digər xəbərlər
SON XƏBƏRLƏR