AzerFax.az-a hücumlar başladı - dəqiqədə 31620 İP

img

08-05-2014 [16:25]


Cəmi üç gündür fəaliyyətə başlayan və Nicat Dağların baş redaktoru olduğu Azerfax.az-da texniki problemlər yaranıb.

 Saytdan Mia.az-a bildirilib ki, texniki problemlər səhər saatlarından yaranmağa başlayıb: "Əvvəlcə elə bildik ki, adi texniki problemdir, hostinq çatışmazlığıdır. amma saytımızın texniki məsul şəxsi Ziyafət Rəhmanzadənin verdiyi məlumata görə, bu, sırf xakker hücumudur. 

 Hazırda sayta 1 saniyədə 527 İP müdaxilə edir. Bu isə dəqiqədə 31620 İP deməkdir. Hələlik hücumun haradan təşkil olunduğunu müəyyən edə bilməmişik. Bu hücumları kimlərin və hansı səbədən təşkil etdiyini aydınlaşdırmağa çalışırıq. Yalnz onu təxmin edirik ki, hücumların arxasında bank sektoruna aid qüvvələr dayanır”.  

Hakker hücumlarının qarşısını almaq üçün texniki işlər davam etdirilir. Sayt rəhbərliyi baş verənlərlə bağlı oxuculardan üzr istəyir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA