Əhməd Davudoğlunun müavini ağladı

img

07-03-2023 [00:27]


İYİ partiya lideri Meral Akşenerin yenidən Millət İttifaqına (6-lı Masa) dönüşü və az əvvəl Kamal Kılıçdaroğlunun vahid namizəd elan olunması keçmiş baş nazir Əhməd Davudoğlunun müavini Səlcuk Özdağı sevinc göz yaşına boğub.

Mia.az xəbər verir ki, o, son 3 gündə yaşananlar barədə Halk TV-yə açıqlama verərkən 13 aydır eyni masa ətrafında müzakirə apardıqlarını xatırladıb.

Daha sonra göz yaşlarınə saxlaya bilməyən Özdağ bildirib ki, bu gün 13 ayın ən uzun günü olub: "Bu gün 13 ayın ən uzun gecəsiydi. Cənab sədrimiz son gündə heç yatmadı, təbii, biz də yatmadıq. Duyğusal bir insan deyiləm, amma indi duygusallaşıram. Millətimiz adına çalışırq. İşsizlər üçün, yoxsullar üçün, küçələrdə kağız toplayaraq dolanışığını təmin edənlər üçün bir yerdəyik. Öncə ii şe dəyişəcək: prezident və Prezident üsul idarəsi...".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR