Partiya funksioneri özünü öldürüb

img

09-03-2023 [18:56]


Keçmiş Baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih ərbakanın oğlunun sədri olduğu Yenidən Rifah Partiyasının Bartın şəhər təşkilatının sədri Ramazan Yılmaz özünü güllələyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bartında yaşayan 40 yaşlı partiya funksioneri axşam saatlarında intihar edib:

"Ailəsi güllə səsinə otağa daxil olarkən, o, qanlar içində olub. Dərhal polisə və təcili yardıma məlumat verilib. Amma həimlər gələnə qədər o, çoxdan həyatına vida edibmiş...".

Ailəsi bildirib ki, partiya mənsubu intihardan əvvəl qısa məktub yazıb.

Lakin məktubun məğzi açıqlanmayıb: "Jandarma məktubu istintaq çəricəsində götürüb".

Bildirilib ki, hadisəni polis araşdırır.

Məlumata görə. Yılmaz sabah Amasiyanın Şükürler kəndində dəfn olunacaq.

Zülfiyyə

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR