Nazirin daha bir qardaşı oğlu jurnalisti döydürənlə bir arada - FOTO

img

07-05-2014 [16:28]


Jurnalist Fərahim İlqaroğlunun döyülməsini sifariş verən və onu aprelin 25-də Siyəzən sakini Feyruz Termişiyə amansızlıqla döydürən idmançı Tural Bayramovun deputat Elton Məmmədovun daha bir oğluyla mehribancasına çəkilmiş fotoşəkli yayılıb.
Baymedia saytında yer almış şəkildə idmançı ilə yanaşı əks olunan şəxs E.Məmmədovun oğlu Elnur Məmmədovdur.

Qeyd edək ki, deputat Elton Məmmədov mətbuata açıqlama verərək, oğullarının T.Bayramovla şəkillərinin olmasının adı çəkilən işə aidiyyatı olmadığını bildirib.

Görünən isə odur ki, T.Bayramov Məmmədovların ailə dostudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA