Rusiyada "Vikipediya" 2 milyon cərimələnib - Ordu ilə bağlı məlumatlara görə

img

01-03-2023 [20:33]


Rusiyada "Vikipediya" 2 milyon rubl cərimələnib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, buna səbəb orada dərc olunan saxta məlumatların silinməməsi olub.

"Roskomnadzor"u xəbərdarlığına əməl edilmədiyinə görə qurum məhkəməyə üz tutub.

Moskvanın Taqanski Regional Məhkəməsinin qərarına görə, "Vikimedia" Fondu Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə zərər vuran materialları silmədiyinə, həmçinin Ukraynanın Xarkov, Mariupol və Ukrayna şəhərlərindəki əməliyyatlarla bağlı yalan xəbərləri dərc etməsinə görə 2 milyon rubl (təxminən 26 min dollar) cəriməl kəsib. 

"Vikipediya" isə iddianə rədd edib və sözügedən məlumatların açıq mənbələrdən və beynəlxalq təşkilatlardan götürüldüyünü qeyd edir.

Xatırladaq ki, "Vikipediya" 2022-ci ildə oxşar səbəblərə görə iki dəfə cərimələnib. 

"Vikipediya" ümumilikdə 7 milyon rubl (təxminən 93 min dollar) məbləğində cərimələnib.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq