Partiya sədrindən şok açıqlamalar

img

07-05-2014 [12:12]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sabahinfoya müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik:

-Hafiz müəllim bu gün siyasi arenada baş verən proseslərin dəyərləndirilməsi onu deməyə əsas verir kİ. iqtidar cəbhəsi hadisələrə aktiv reaksiya bildirsə də nədənsə müxalifətdə süstlük müşahidə olunur. Sizcə bunun səbəbi nədədir?

-Azərbaycan müxalifəti parçalanıb. Biri var milli müxalifət, biri də var xaricə işləyən ,yəni antimilli müxalifət. Müxalifət kəsimində olan siyasi partiyalar bu gün aktiv siyasət yürüdür. Baş verən proseslərə aktiv münasibət bildirirlər. Xaricə işləyən satqın müxalifət isə susur. Onların susması isə başa düşüləndir. Onlar xarici havadarlarından bir işarə gözləyir ki, daxildə bir çaxnaşma yaratsınlar. Bunlar hesab edir ki, Qərbin başı Ukraynaya qarışıb. Mayda Ukraynada prezident seçkiləri keçiriləcək və Qərbin buradakı missiyası başa çatacaq. Xarici müxalifətdə hesab edir ki, Ukraynadan sonra sırada başqa ölkələr var. Bir müxalifət partiyası kimi biz hər zaman Azərbaycan dövlətçiliyini üstün tutmuşuq. Biz heç zaman xaricin çirkli pulalrı hesabına dövlətçiliyimizə qarşı mübarizə aparmaq fikrinə düşməmişik..

-Sizin dediyiniz xarici müxalifət AXCP-Müsavat cütlüyüdür?

-Təkcə bunlar olsa nə var ki? Bu gün Həm Musavat, həm AXCP həm də Milli Şura deyilən qurum var ki, onlar sırf xaricin əlinə işləyir. Milli Şurada kifayyət qədər tanınmış insanlar var. Onlar həm Rusiya ,həm də qərblə bağlılığı olan insanlardır. Bu gün üzdə olanlar bunlardır. Ancaq bunun bir də görünməyən tərəfləri var axı. Görünməyən tərəfi odur ki,daxilimizdə Leyla Yunus kimi ermənilər mövcuddur və . onların arxasında duran insanların əli isə çox təəssüf ki, Azərbaycan hakimiyyətinin içinə kimi işləyir. Biz bütün bunlar dəyərləndirməliyik. Bizə də dəfələrlə xarici donorlarla əməkdaşlıq təklifləri olub. Ancaq biz bunu qəbul etməmişik.

-Sirr deyilsə ,sizə bu təkliflər haradan olub ki?

-Bunlar xarici donorlardır və həmin donorların xüsusi büdcəsi mövcuddur.Onlar xüsusi tapşırıq alıb gəliblər Azərbaycana.Həmin donorlar üçün ən münbit yer isə səfirliklərdir. -Xarici donorlar, ölkədə fəaliyyət göstərən, Azərbaycanı sevməyən ölkələrin diplumatik korpuslarında fəaliyyət göstərirlər.

-Onların istəyi nədir?


-Onların istəyi odur ki, maliyə qarşılığı biz ölkədə ixtişaşlar yaradaq.,mitinqlər keçirək. Bir sözlə,,Azərmaycanı içindən parçalayıb istədiklərinə nail olmaq.Məlum məsələdir ki,bütün inqlablar daxildən baş verir. Ancaq biz heç zaman buna getməmişik,getmərik də.

-Müxalif partiyasınız ancaq heç bir siyasi partiya ilə məkdaşlıq etmirsiniz....

- Hansı partiyanın gücü var ki ,onlarla əməkdaşlıq edim? Prezident seçkilərində bir neçə partiya əməkdaşlıqla bağlı mənə müraciət elədi. Baxdım ki, onların bir özləridir, bir də ki, papkası. Mən bunlarla necə əməkdaşlıq edə bilərəm? Müasir Müsavat Partiyası kifayyət qədər aktiv partiyadır. Bizdə ciddi iş rejimi var. Saat 9-dan axşam saat 8-ə kimi partiyada iş gedir. Aktiv rayon təşkilatlarımız var. Eyni zamanda onu da deyim ki, son zamanlar partiyaya ciddi axın var. Bütün bunların müqabilində mən niyə dırnaqarası partiyalarla əməkdaşlıq eləməliyəm ki?

-Bir özləri, bir papkası olan partiyalar hansılardır?

-Azadlıq Partiyası, Vətəndaş- İnkişaf Partiyası, Vəhdəd, Əhrar bu siyahıya çoxlarının adlarını əlavə etmək olar. Bu partiyaların heç idarə heyyəti belə yoxdur ki, hansısa məsələyə münasibət bildirsinlər.

-Deyirsiniz bu qədər gücümüz var. Bəs niyə hakimiyyətə gələ bilmirsiniz?

-Bu gün Azərbaycan dövlətçiliyinin qurunub saxlanmasında İlham Əliyevin müstəsna xidmətləri var. Bu gün İlham Əliyevin nüfuzu da mənim nüfuzumdan çox yüksəkdir. Hakimiyyətə gələ bilməməyimizin yeganə səbəbi budur. Biz hər seçkidən sonra çatışmamazlıqları müzakirə edirik. Problemləri araşdırıb onların həll edirik. Baxırıq ki, kim bizə xəyanət edir. Kimlər bizi aldadıbdır.

-Partiyada sizin uğurları istəməyən qüvvələr var?

-Mənim bir müavinim var. Bu günə qədər müəyyən edə bilməmişəm ki, o, kimə işləyir.

-Bəs niyə həmin müavin bu günə kimi sizin yanınızdadır?

- Bu siyasətdir. Siyasətdə hər bir çətinliyə dözməlisən

-Hafiz müəllim sizə nazir və ya icra hakimiyyətinin başçısı postu təklifi gəlsə gedərsiniz?

-Prezidentliyə namizəd Hafiz Hacıyev icra hakimiyyəti başçısı çox aşağı vəzifədir. Mən nazir də işləmişəm, müxtəlif postlarda çalışmışam. Ancaq bugünkü situasiyaya uyğun olaraq mən işləyəsi olsam ən ağır sahələrdə işləməliyəm. Məsələn mən düşünürəm ki. əhalinin ərzağa olan tələbatını dayanıqlı etmək üçün bir komitə yaradılmalıdır.

-Kənd Təsərrüfatı Nazirliyi var...

-Bu nazirlik yalan danışır. Bu gün Aran regionunda torpaqlar şoranlaşıb qalıb. Şoranlaşma səviyyəsi il-ildən artır. Ancaq Kənd Təsərürfatı Nazirliyi bu yöndə heç bir iş görmür. Bunların işi dövlət büdcəsindən ayrılan vəsaiti göyə sovurmaqdır.

-Maraqlıdır siz hər zaman kəskin çıxışlar edirsiniz. Müəyyən siyahılar açıqlayırsınız. Ancaq bu siyahıda yer alanlar müxaliəft cameəsində təmsil olunur. Sizin təqdim etdiyiniz siyahıda hakimiyyətdə təmsil olunanlar varmı?

-Əlbətdə vaar. Bu gün NİDA-çıların ad günündə tort kəsən nazirlə millət vəkillərindən tutmuş bəzi hökumət üzvlərinin xəyanətini araşdırıb dövlət başçısına çatdıracam . Prezidentdə bunu qiymətləndirir. Çox qısa vaxtda görəcəksiniz ki. özünün bost adlandıranların papağı boş qalacaq. Vaxtilə Rəbiyyət Aslanova demişdim ki, sənin oğlundan da qeyrətli oğullar var. Mənim illər öncə dediyim bu gün öz əksini tapır. Düzdür ,mən dövlətə xəyanət edənləri deyirəm .Bundan sonra basqıların sayı artır . Ancaq,dözə bilmirəm, deməliyəm.

-Bunu hakimiyyətyönlü siyasi partiyaların böyük əksəriyyəti də edir. Məsələn Ana Vətən, Sosial Rifah və digərləri...

-Fəzail Ağamalı ilə dostam,bir –birimizi yaxşı tanıyırıq. Onun 10 minlərlə üzvü var. Ancaq Xanhüseyn müəllimin partiyasının olduğunu bilmirdim...

-Ölkədə siyasi partiyaların fəaliyyətinə hər hansı basqı var?

-Azərbaycanda siyasi prüalizm var. Bu danılmazdır. Kim deyir ki, ay ofisimi partladıblar, ay mitinq keçirmıək üçün, qurultay üçün yer verilmir, onlar yalan danışır. Normal siyasi xəttə seçən partiyanın fəaliyyətində problemlər olmur. Biz siyasi taktika seçmişik. Bu taktika da bizə uğur gətirir.

-Siyasi xəttiniz nədir?

-Dövləti dövçövlətçiliyi müdafiə eləmək,müstəqilliyimizin qorunub saxlanması ,satqınlara qarşı mübarizə aparmaq qarşımıza qoyduğumuz əsas məqsddir.

-Bu bütün siyasi partiyaların ana xəttidir....

-Qətiyyən!!! Mən düşünmürəm ki, Kərimov Əlinin xətti elə olsun....

-Sizin hesab etdiyiniz bu fərqlilik nədən ibarətdir?

-Siz jurnalistsiniz ,bunu daha yaxşı bilərsiniz. əgər siz Kərimov Əli ilə mənə fərq qoymursunuzsa onda mən sizə nə deyim? Baxın onun keçdiyi həyat yoluna ,görün ətrafında kimlər olub,kimləri müdafiə edib və edir,necə yaşayır, övladları harda oxuyur,həyat yoldaşının milliyəti nədir ,öz liderinə necə xəyanət edib, xarici ağalarına hansı danosları verib ??? Əsas məsələ odur Kərimov Əli tək deyil ,bu cür mövqedə olan partiya sədrləri çoxdur .Onlar ölkədə siyasi manapolistlərdir.Özlərindən başqa heç kimə imkan vermirlər ki ,irəli getsin . Mənim keçdiyim yol və fəaliyyətim də bəllidir.Hesab edirəm ki ,bəzilərindən fərqli olaraq ,mən bu dövlətə heç vaxt xəyanət etməmişəm və kimsənin köləsinə çevrilməmişəm.

-Naxçıvanda özək təşkilatınız var?

-Təbii. Orda 160 nəfər üzvlərmiz var. Bu böyük işdir.

-Naxçıvana gedib-gələ bilirsiniz?

-Mən özüm bir-iki dəfə gedib gəlmişəm.

-Yuxarıda qeyd etdiniz ki. ən aktiv partiyasınız. Bunun müqabilində partiyanın icra aparatında fəaliyyət göstərənlərə əmək haqqı verə bilirsiniz?

-Bəli...

-Necə maliyyələşirsiniz?

-Bizim biznesmen üzvlərimiz var. Onlar bizə kömək edirlər. Bundan başqa bizim partiyada üzvülük haqqı da yığılır.Yığılan pulla biz əmək haqqını ödəyə bilirik.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA