Fəzail Ağamalı qan verdi - Aksiya

img

07-05-2014 [12:16]


8 May Beynəlxalq TALASSEMİYA günü ilə əlaqədar olaraq "Xeyirxahalıq bizim qanımızdadır” şüarı ilə  Ana Vətən Partiyasının bir qurup fəalı talassemiya xəstəsi olan uşaqlara qanvermə aksyası keçiriblər.

 Mia.az-a Ana Vətən Partiyasının mətbuat xidmətindən daxil olan məlumata görə, partiya üzvlərinin donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına verilib: Tədbir talassemiyalı xəstələrə  qarşı qayğı və diqqətin artırılması, donorluğun təbliği, donorçuluğun xeyri  və sağlam cəmiyyətinnövrəsinin möhkəmlənməsinə həsr olunub”.

 Tədbirlə bağlı Ana Vətən Partiyası Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı bildirib ki, onların qana ehtiyacı olan insanların həyatını xilas etmək imkanımız var: "Hər zaman belə aksiyalara dəstək oluruq. Çünki  Talassemiya xəstəliyinə tutulmuş uşaq əgər düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilməyəcəkdir. Bu səpkidə olan xeyriyə aksiyalarını gələcək illərdə də davam etdirmyi nəzərdə tuturuq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA