Məşhur aktrisa: "Dövlət və Allah kəlmələrini eyni cümlədə görmək istəmirəm" - FOTO

img

22-02-2023 [13:10]


Türkiyədəki güclü zəlzələlərdən sonra çadır təlabatının təmin olunmamasına sərt etirazı ilə gündəmə gələn məşhur aktrisa Fərəh Zeynəb Abdullah növbəti tviti ilə ətrafında müzakirələri daha da qızışdırıb.

Mia.az xəbər verir ki, o, Tviter-dəki yeni paylaşımında dinin dövlət siyasətindən ayrılmaısnı tələb edib: "Dövlət və Allah kəlmələrini eyni cümlədə, eyni paraqrafda, eyni yerdə görməyi əsla istəmirəm. Artıq yetər".

Onun bu paylaşımı isə əsasən dindar kəsimin kəskin narazılığı ilə müşahidə olunub.

Sosual şəbəkələrdə aktrisaya qarşı "Onu televziyalara və filmlərə buraxmaq olmaz" sloqanını davam etdirənlərin sayı xeyli artıb.

Bununla yanaşı, aktrisanı müdafiə edənlər də az deyil.

Ləman

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR