ALP: "Siyasi məhbuslar qeyd-şərtsiz azad edilsin"

img

06-05-2014 [17:29]


Azərbaycan Liberal Partiyası bəyanat verib. Bəyanatda qeyd olunur: "Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi "Nida" Gənclər Hərəkatının üzvləri Şahin Novruzlunu, Məhəmməd Əzizovu, Bəxtiyar Quliyevi, Rəşadət Axundovu, Rəşad Həsənovu, Zaur Qurbanlını, İlkin Rüstəmzadəni və Üzeyir Məmmədlini saxta ittihamlarla azadlıqdan uzun müddətə məhrum olunmasına dair hökm çıxarmışdır. Azərbaycan Liberal Partiyası "N!da" çı gənclərin məhkum olunmasını Azərbaycanda qanunun, məhkəmənin repressiya alətinə çerrilməsinin təcəssümü sayır". 

 ALP hesab edir ki, "N!da"çıların məhkum olmunmasının arxasında duranlar bilməlidirlər ki, sonsuz repressiyalarla cəmiyyəti tabeçilikdə saxlamaq mümkün deyil və bu siyasət bir gün xalqın, dövlətin parçalanmasına gətirən siyasi partlayışa gətirə bilər. 

 ALP "N!da" çı gəncləri günahsız sayır, onların məhkum olunmasını pisləyir və iqtidarı "N!sa"çılar da daxil olmaqla bütün siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA