Partiya sədri özünün və həyat yoldaşının bir aylıq, spiker isə 3 aylıq maaşını zəlzələdən zərərçəkənlərə bağışladı

img

15-02-2023 [23:04]


DEVA partiyasının sədri Əli Babacan Türkiyədəki zəlzələ bölgəsinə yardım kampaniyasına qoşulub.

Mia.az xəbər verir ki, Türkiyə, Azərbaycan və Kipr daxil, 200-dən çox televiziya və radionun "Türkiyə tək ürək" ortaq yayım proqramına qatılan li Bababcan özünün və həyat yoldaşının bir aylıq maaşıı zəlzələdən zərər çəkənlərə bağışladığını bildirib.

Əli Babacandan sonra Türkiyə parlamentinin sədri Mustafa Şəntop da canlı yayıma qatılaraq, 3 aylıq maaşını zərərçəkənlərə hədiyyə etdiyibni söyləyib.

Onu da qeyd edək ki, canlı yayıma qatılan CHP lideri kamal Kılıçdaroğlu da bir aylıq maaşını AFAD-ın hesabına yardım olaraq köçürüb.

Samir MUSAYEV,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR