"Zəlzələ bölgəsində yağmaçılıq və oğurluqla məşğul olanlara qarşı çox amansız olacağıq" - Ömər Çelik

img

10-02-2023 [18:01]


"Zəlzələ bölgəsində yağma və oğurluqla məşğul olanlara qarşı çox amansız olacağıq".

Mia.az TRT-yə istinadla xəbər verir ki, bu sözləri zəlzələ bölgəsindəki son vəziyyət barədə açıqlama verən AKP sədri Ərdoğanın sözçüsü Ömer Çelik deyib.

O, zəlzələ bölgəsində kütləvi oğurluq, boş qalan ev, iş yerləri və marketlərə basqın edərək, qarşılarına çıxan nə varsa, daşıyıb aparanlara xəbərdarlıq edib: "Çox açıq deyirəm: onlarla bağlı araşdırmalarımız gedir. Bir nəfər belə bu utanc əməlinə görə cəzasız qalmayacaq. Belə həssas günümüzdə yağmaçılıqla məşğul olanlara qarşı həddən artıq amansız olacağıq. Bnu da hamının bilməsi gərəkdir".

Zülfiyyə,

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR