Zəlzələdə yetim qalan uşaqları övladlıga götürmək istəyən oxusun...
15-02-2023 [18:22]
Azərbaycanda 10 mindən çox uşaq kimsəsizdi, onlara dövlətimiz sahib çıxıb. Yəni, internat məktəbləri, uşaq evlərində valideynləri olmayan, yaxud atılan, qohumlarının da yaxın durmadıgı minlərlə uşaq var.
Elə oradan da çıxıb əsgərliyə, işləməyə, ailə qurmaga gedir. Bu uşaqlar bayramlarda, bəlli təqvim günlərində yada düşür. Bir-iki saatlıq sevinib sonra yenə qalırlar tək-tənha. Başlarına nə gəldiyini, nə yeyib-içdiyini bilmirik. Çünki başımız özümüzə qarışır. Dindirsən, hamının dərdi var. Bu zəmanədə kimsəsiz uşaqlar kimin yadına düşür ki?
Məsələn, uşagını əyləncəyə aparanda, ona geyim, yemək alanda yetim uşaqları yada salan neçə nəfər var idi? Dolanışıgı, güzəranı əlhəmdülillah, yaxşı olan minlərlə vətəndaşımız var. Onlardan hansı bu yetim uşaqlara baş çəkir? Çox demirəm, həyatında bircə dəfə?
Deyəcəksiniz ki, övladlıga götürürlər də, o uşaqları. Düzdü, götürürlər.
Övladlıga götürmək istəyənlər də təzə dogulanları, 1 yaşa qədər olanları istəyir. 11-17 yaş arasında övladlıq edilənlərin sayı belə baxanda, heç nədi. Nədən? Çünki biz mülkiyyətçiyik. Hər şeyin məhz özümüzə aid olmasını istəyirik. İstəyirik, uşaq gözünü açıb bizi görsün. Yaxud, kifayət qədər azyaşlı olsun ki, övladlıga götürüldüyü anlamasın. Bir az yaşı çox, övladlıq edildiyini anlayan uşaqları istəmirik. Onlarla yaşamaq beynimizi yorar. Buna psixoloji güc lazımdı. Bizsə özümüzü gücə salmırıq.
Əksinə, istəyirik ki, həyatda qarşımıza çıxan hər fürsətdən faydalanaq, hər hadisəni avantaja, hətta reklama çevirək.
Məsələn, ömründə bəlkə də bircə dəfə Azərbaycandakı yetimləri yada salmayanlar qardaş ölkədə zəlzələ zamanı yetim qalan uşaqlara sahiblik etməyə qalxıb. Neçə gündü, oxuyuram sosial şəbəkələrdəki şərhləri, insanımızın hər vəziyyətə uygunlaşmaq qabiliyyətinə heyran qalıram.
Çox artist adamlarıq biz. Anadangəlmə artist, şou düzəldən camaatıq.
Elə istəyirəm ki, Türkiyədən övladlıga uşaq götürmək istəyənlərin şərhlərinə cavab verim, kimsəsiz uşaqlarımız dayanır gözümün önündə, deyirlər, yazma, bizə o artistlər lazım deyil. Amma bu ləyaqətsiz fürsətçilikdən bezdiyimizi anlasınlar artıq.
Zülfiyyə Mustafayeva,
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib