Qeyri-Hökumət Təzkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyası QHT-lərin zikayətinə baxmağı davam edir

img

27-04-2009 [08:19]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının növbəti iclası keçirildi. Şura üzvləri Sahib Məmmədov (komissiyanın sədri), Vüqar Qədirli, Dilarə Vəliyeva, Ceyhun Osmanlı və Katibliyin hüquqşünası Vüsal Quliyevdən ibarət Apelyasiya Komissiyası Katibliyin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan daha 17 QHT-nin şikayət ərizəsini araşdırıb. Komissiya aşağıdakı təşkilatların apelyasiya şikayətlərinə baxıb: 1. Azərbaycan Azad Müəllimlər Birliyi 2. Azərbaycan Diabet Liqası 3. Qafqaz Araşdırmalar Mərkəzi 4. İnsan Hüquqları XXI Əsr - Azərbaycan Fondu 5. Ahıl Ziyalılara Qayğı İctimai Birliyi 6. Müstəqil Azərbaycan Xalq Mübariz Cümhuriyyəti 7. ?Fəzilət? Xeyriyyə İctimai Birliyi 8. İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Mərkəzi 9. NATO Azərbaycan Beynəlxalq Məktəbi 10. Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi 11. ?Simurq? Azərbaycan Mədəniyyət Assosiasiyası 12. Qadınlar Arasında Həmrəylik İctimai Birliyi 13. Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti 14. ?Həsrət yolu? Əsir və Girovlara Kömək İctimai Birliyi 15. Müharibədən Zərərçəkən Nəqliyyat İşçiləri İctimai Birliyi 16. ?Polisə Dəstək? İctimai Birliyi 17. İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Diskussiya şəraitində keçən müzakirələrdən sonra Komissiya hər bir şikayət üzrə ayrılıqda qərar qəbul etib. Komissiya yuxarıdakı siyahıda adları çəkilən ilk 13 təşkilatın təqdim etdiyi layihələrin maliyyələşdirilməməsi haqda Şuranın əvvəlki qərarını qüvvədə saxlayıb. Komissiya Şura tərəfindən 7 000 AZN maliyyə yardımı ayrılmış ?Həsrət yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın və 4660 AZN maliyyə yardımı ayrılmış Müharibədən Zərərçəkən Nəqliyyat İşçiləri İctimai Birliyinin sədri Xədicə Babayevanın həmin vəsaitlərin azlığı üzündən layihələrin yerinə yetirilməsinin qeyri-mümkünlüyü haqda bəyanat və rəsmi müraciətlərini nəzərə alaraq, onlara maliyyə yardımı ayrılması haqda müvafiq qərarın ləğv olunmasını Şuraya təklif edib. Komissiyaya ərizə ilə müraciət etmiş ?Polisə Dəstək? İctimai Birliyi və İşgəncələrə Qarşı Azərbaycan Komitəsi təşkilatları öz şikayətlərini geri götürüblər. Apelyasiya Komissiyası aprelin 28-də qalan 12 QHT-nin də şikayət ərizəsini araşdıracaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR