Hilal, göz yaşı və dövət televizyasında səslənən mahnı... - Yunan mediası qardaş ölkənin kədərini belə bölüşür (FOTO)

img

10-02-2023 [21:00]


Yunanıstan mediasında zəlzələdən sonra Türkiyəyə qarşı jestlər artıb.

Mia.az xəbər verir ki, Yunanıstanın oxunaqlı qəzetlərində olan "Kathimerini" də Türkiyədəki zəlzələ ilə bağlı dəstək yazı və fotoları artıb.

Qəzetdə xüsusən məşhur yunan karikatüraçısı Ilias Makrisin çəkdiyi şəkillər böyük maraq doğurub.

Onun qəzetin son sayında yayımlanan fotosunda göy üzündəki ayparadan (hilal) axan göz yaşının dağılan binaların üzərinə damması diqqəti çox çəkib.

Onu da qeyd edək ki, zəlzələnin baş verdiyi günün səhəri Yunanistan Dövlət Televiziyası ERT yayıma türk mahnısı ilə başlayıb. Belə ki, TV sabah xəbərlərinə keçmədən əvvəl Kazım Koyuncuya aid olan və Şevval Samın səsləndirdiyi "Ben Seni Sevduğumi" mahnısını zəlzələ fəlakətinin gförüntüləri ilə yayıb, qardaş ölkəyə sonda başsağlığı verib, kədərlərinə şərik olduqları vurğulanıb.

Xatırladaq ki, iki ölkə arasında gərginliyə baxmayaraq, yunan xilasediciləri ilk gündən zəlzələ bölgəsində xilasetmə əməliyyatlarında iştirak edir.

Zülfiyyə,

Mia.az
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq