Sənubər İsgəndərli: “Teatr direktorundan narazılığım var”

img

05-05-2014 [21:06]


"Prezident mükafatının verilməsi siyahısı hər il yenilənir. Bu il mənim adımın ora daxil edilməməsi kriminal bir hadisə deyil. Bu ömürlük mükafat deyil ki, hər il mənim adım orada olsun”. Bunu Modern.az-a açıqlamasında əməkdar artist Sənubər İsgəndərli deyib.

"Həm də siyahıya daxil etmək və çıxartmaq teatr direktorunun səlahiyyətinə daxil deyil. İsrafil İsrafilovla aramızda narazılıq var, amma bunun mükafat siyahısı ilə heç bir əlaqəsi yoxdur, tamamilə şəxsi məsələdir.”

Qeyd edək ki, bu gün saytlarda Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun mükafat üçün prezidentə təqdim olunan siyahıdan aktrisa, əməkdar artist Sənubər İsgəndərli adını çıxarmaqla cəzalandırdığı xəbəri yazılıb. Prezident İlham Əliyev incəsənət xadimlərinin mükafatlandırılması ilə bağlı sərəncamı aprelin 30-da verib. Sərəncama əsasən siyahıda adları olan şəxslər 500 manat mükafat alacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR