14-05-2014 [21:17]
Bu gün prezident İlham Əliyev "Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və "Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə daha bir fərman imzalayıb.
Mia.az həmin fərmanı da təqdim edir:
Prezident İlham Əliyev "Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərar verib:
1. Müəyyən edilsin ki:
1.1. "Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.1-ci maddəsində (mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması, o cümlədən sahə üzrə normativ hüquqi aktların, strategiyaların, konsepsiyaların, dövlət proqramlarının və tədbirlər planlarının qəbul edilməsi ilə bağlı) və 5.1.13-сü maddəsində (xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması və inkişafı ilə bağlı) nəzərdə tutulmuş vəzifələri, 38.2-ci və 48.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 5.1.1-ci maddəsində (mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, sahə üzrə normativ hüquqi aktların və tədbirlər planlarının qəbul edilməsi ilə bağlı), 5.1.8-ci, 5.1.11-ci və 14.2.10-cu maddələrində nəzərdə tutulmuş vəzifələri, 23.1-ci maddəsində, 33.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 40.3-cü və 47.4.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Qanunun 26.4-cü maddəsində ikinci halda, 35.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini daşınmaz mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;
1.4. həmin Qanunun 5.1.1-ci maddəsində (mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, sahə üzrə normativ hüquqi aktların və tədbirlər planlarının qəbul edilməsi ilə bağlı), 5.1.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri, 29.1-ci maddəsində, 30.4-cü maddəsinin birinci cümləsində, 36.3-cü, 37.1-ci, 37.2-ci, 41.2-ci, 42.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;
1.5. həmin Qanunun 5.1.2-ci, 5.1.3-cü, 5.1.7-ci, 5.1.10-cu, 14.2.1-ci, 14.2.3-cü, 14.2.8-ci, 14.2.12-ci, 14.2.13-cü maddələrində nəzərdə tutulmuş vəzifələri, 21.2-ci maddəsində, 27.1-ci maddəsində ikinci halda, 39.2-ci, 39.3-cü, 39.6-cı maddələrində, 40.4-cü maddəsinin birinci cümləsində, ikinci cümləsində ikinci halda, 45.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
1.6. həmin Qanunun 14.2.7-ci maddəsində nəzərdə tutulmuş, dövlət reyestrinin aparılması, dövlət monitorinqinin və dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində dövlət monitorinqinin və dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
1.7. həmin Qanunun 5.1.4-cü, 14.2.5-ci və 14.2.6-cı maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
1.8. həmin Qanunun 5.1.5-ci, 5.1.6-cı, 5.1.12-ci, 5.1.14-cü maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
1.9. həmin Qanunun 5.1.13-cü maddəsində nəzərdə tutulmuş, xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin inkişafı və fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlı vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
1.10. həmin Qanunun 14.2.2-ci və 14.2.11-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
1.11. həmin Qanunun 14.2.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
1.12. həmin Qanunun 22.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə etdikdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi həyata keçirir;
1.13. həmin Qanunun 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. "Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 47.4.3-cü maddəsinə uyğun olaraq, dövlət mədəniyyət obyektlərini özəlləşdirmək məqsədi ilə əhaliyə mədəniyyət məhsullarının və xidmətlərinin güzəştlə təqdim olunması əsas fəaliyyət kimi müəyyən olunduqda, mədəniyyət məhsulları və xidmətləri üzrə güzəştləri üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. "Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 244; 2001, № 10, maddə 640; 2002, № 1, maddə 14; 2005, № 7, maddə 596; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2008, № 1, maddə 8, № 8, maddə 719) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib