"Qalatasaray"lı qapıçının atası ilə bacısı çökən  binanın dağıntıları altından sağ çıxarılıb

img

09-02-2023 [15:45]


"Qalatasaray"lı qapıçının Hatayda yaşayan atası ilə bacısı çökən 6 mərtəbəli binanın dağıntıları altından sağ çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə mediasına danışan 16 yaşlı qapıçı İsmayıl Çipenın sözlərinə görə, uzun əziyyət və zəhmətdən sonra atası və bacısı xilasedicilər tərəfindən salamat xilas edilib: 

"Yaşadığımız 6 mərtəbli binamız 2-yə qatlanıb. Sanki burada ancaq ikimərtəbəli bina olub. Atam və bacım şükür ki, sağ xilas oldu, əmim oğlunun baldırı qırılıb. Ailəmiz şükür ki, salamatdır, ancaq xeyli yaxın qohumlarım hələ də dağıntıların altındadır. Onların sağ olub-olmadığını da bilmirik. Bunları danışmaq asandır, amma biz ora çatanda binaların altında hələ dəı insan bağırtıları gəlirdi...".

Fərid,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR