Zəlzələ bölgəsinə göndərilən gödəkçənin ciblərindən nələr çıxdı? - "Sizcə, bunu edən cəhənnəmə gedərmi?" (FOTOLAR)

img

15-02-2023 [11:05]


Kahramanmaraşda bir qadının sosial şəbəkədə yayılan videosu izləyənləri duyğulandırıb.

Mia.az Haberler.com-a istiinadla xəbər verir ki, adı açıqlanmayan qadın videoda onlara göndərilən yardımların içindən çıxan gödəkçədən söz açıb.

Qadın gödəkçənin ciblərindən qoğal, kek, peçenye, cçorab və hətta paltarın sökülən yerlərini tikmək üçün çıxan iynə-sapı göstərərək deyir: "Bu yardımdan gəldi, üşüdüyümüz üçün. Sağ olsunlar, aldıq, geyindik. Əlimizi cibinə atdıq ki,  bir cibindən qoğal, kek çıxdı, qiyıb yeyə də bilmədik. Bunu göndərən bizim üşüdüyümüzü necə də təxmin edib. Baxın, gödəklçənin digər cibinə əl atanda, oradan 4 corab çıxdı. Kim edər bunları? Sizcə, bunu edən cəhənnəmə gedərmi?

Bu da yetmədi, digər iç cibinə iynə-sap belə qoyublar. Ki, bir yerləri sökülərsə, yamayaq. Buna qədər düşünüblər. Nə qədər gözəl insanlar var. Allah hamısını qorusun".

Lamiyə,

Mia.Az
 

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA