DÜNYANIN İKİ NƏHƏNG DÖVLƏTİ SAVAŞ ASTANASINDA: Baydenin əmri ilə "Casus balonu"nu vuruldu, rəsmi Pekindən qəzəbli cavab hədəsi gəldi (FOTOLAR)
05-02-2023 [13:48]
Yanvarın 28-də ABŞ səmasında təsbit edilən Çinə məxsus “Casus balonu" (Çin buna mülki təyyarə, ABŞ isə "kəşfiyyat balonu" deyir-Mia.az) iki ölkə arasında böyük böhrana səbəb olub.
Mia.az xatırladır ki, ABŞ ordusu "Pentaqon) bir neçə gün bu "casus balonu"nu nəzarətə saxlayıb: "Biz onu vurmağa ehtiyat edirik, çünki bu halda onun yerə düşəcək qalıqlarının hansı təhlükələrə yol açacağını bilmirik. Hələlik araşdırırıq".
ÇİN Xarici İşlər Nazirliyi də ilk gündə açıqlama yayaraq, "casus balonu"nun onlara məxsus olduğunu deyərək, güclü küləyin onu sürükləyib Amerika torpaqlarına keçirdiyini etiraf edib: "Amma bu casusluqla məşğul olan kəşfiyyat təyyarəsi deyil, hava məlumatları toplayan mülki təyyarədir".
Ancaq "balon"unun 3 iri avtobus boyda olması, üstəlik, hər cür görüntü və elektrosiqnalı almaq qabiliyyəti olan cihazlarla təmin olunması bunun kəşfiyyat xarakterli olması qənaətini gücləndirib.
Mia.az-ın məlumatına görə, bu gün ABŞ Müdafiə Nazirliyininin Lenqli Hərbi Hava Qüvvələri bazasından havaya qalxan F-22-dən atılan səsdən sürətli raketlə (hipersonik) balonu vurub.
ABŞ prezidenti Co Bayden məsələ ilə bağlı açıqlama verib. "Mən çərşənbə günü "balonu"n vurulmasını əmrini verdim. Onun mümkün qədər tez yerə atılmasını istədim, lakin dağıntıların insanlara zərər verm ehtimalı prosesi ləngitdi"
Pentaqon rəhbərliyi isə ən uyğun zamanda - "casus balonu"nun Atlantik okeanı üzərində vurulduğu barədə foto və açıqlama paylaşıb Virciniya ştatındakı Lenqli Hərbi Hava Qüvvələri bazasından havaya qalxan F-22-nin "casus balonu" məhv etdiyi bidirilib.
Qırıcı təyyarənin istiliyə həssas, səsdən sürətli AIM-9X raketindən istifadə etdiyi də xəbərdə yer alıb.
"Casus balonu"nun vurulmasına isə rəsmi Pekin qəzəbli reaksiya verib.
Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ-ın "balonu" vuracağını əvvəlcədən xəbər vermədiyini qeyd edib. Bir daha "balon"un külək səbəbiylə təsadüfən ABŞ ərazisinə keçdiyi təkrarlanıb: "Çin ABŞ-dan bu hadisəni sakit və peşəkar şəkildə həll etməyi dəfələrlə xahiş etdi. Lakin ABŞ güc yolunu seçərək həddindən artıq sərt reaksiya verdi. Bizim də buna cavab vermək haqqımız var".
Bəıyanatda o da iddia olunub ki, "balon" vurularkən ABŞ ərazisini tərk edibmiş.
"Reuters" isə bu hadisənin arxa planı ilə bağlı belə bir sualı manşetinə daşıyıb: "Bəzi suallar cavabsız qaldı. Məsələn, "Çin balonu" ABŞ-ın hava məkanında hansı məlumatları toplayıb ölkəsinə ötürdü?".
Xatırladaq ki, "Casus balonu" yanvarın 28-də Alyaska üzərində müşahidə edilib və yanvarın 30-da Kanada hava məkanına daxil olub.
Daha sonra "balon" yenidən ABŞ sərhədini keçərək ölkədə növbəti panikaya yol açıb.
Samir Musayev,
Mia.az
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə