"Qalatasaray" İkardinin transfer üçün 15 milyon avro ayırdı, futbolçu ilə maaş bazarlığı davam edir

img

01-02-2023 [21:25]


"Qalatasaray" mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü Mauro İkardinin birdəfəlik transfer etmək üçün "qollarını sırmayıb".

Mia.az xəbər verir ki, İkardinin mənsub olduğu PSJ-nin gələcək mövsümdə də ona əsas heyətdə yer verməyi düşünmədiyini və bu səbəbdən satış qiymətini 20 milyon avroya düşürməsi "Aslan"ları hərəkətə gətirib.

Klub onun transferi üçün 15 milyon avroluq büdcə ayırıb.

Məlumata görə, futbolçunun özü də "Qalatasaray"da qalmağın tərəfdarıdır. hazırda onun özü ilə maaş bazarlığı davam edir. Futbolçu iə anlaşma olarsa, o zaman klubuna 15 milyon avroluq təklif göndəriləcək.

Fərid,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA