“Media sahəsində nəzərdə tutulan cərimələr çoxdur" - Deputat
19-01-2023 [11:29]
“Media sahəsində nəzərdə tutulan cərimələr çoxdur. Önəmli olan şəxsin tənbeh olunmasıdır”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bu məsələ ciddi şəkildə müzakirə edilməlidir: “İnzibati cərimə ailəni gündəlik tələbat məhsullarından məhrum etməməlidir. Bütün iqtisadçılar hesablayır ki, hazırda Azərbaycanda gəlirin 60 %-dən çoxu istehlak mallarının alışına gedir.
Ümumiyyətlə aydınlaşdırılmalıdır ki, mediada vəzifəli şəxsin orta aylıq əməkhaqqı nə qədərdir ki, o, 3500 manat cəriməni ödəyə bilsin?!
Reytinqi ölçməməyə görə 1500 cərimə nə deməkdir?
Bu cərimə çoxdur. Məncə, buna görə xəbərdarlıq da yetərlidir. Əvvəl belə olubsa, bunu indi belə qəbul etməməliyik. Bir çox hallarda biz sadəcə, cərimələri artıra-artıra gedirik. Prezident bir tərəfdən pensiyaları, əməkhaqlarını artırır ki, inflyasiyanın qarşısı alınsın, amma biz də cərimələri artırırıq. Ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsində bütün cərimələrə biz baxmalıyıq. Biz Cinayət Məcəlləsində buna getdik, humanizm tətbiq etdik. Amma İnzibati Xətalar Məcəlləsində də buna ehtiyac var”/APA.
Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova onu da deyib ki, lisenziya alanda qurumun loqotipi təsdiqlənir: "Sonradan bunu Audiovizual Şuraya demədən dəyişənlər cərimələnir".
O bildirib ki, Audiovizual Şuranın səlahiyyətində televiziyada orta aylıq əməkhaqqını müəyyənləşdirmək məsələsi yoxdur: “AzTV dövlət tərəfindən maliyyələşir. 3500 cərimənin ödənilməsi də dövlət büdcəsindən maliyyələşən audiovisual yayımçıya aiddir”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev cərimənin əməkhaqqıya mütənasibliyinin aydınlaşdırılmalı olduğunu bir daha vurğulayıb: “Bu cərimə çoxdur”.
Rəqsanə Kərimova isə qeyd edib ki, reytinq ölçən cihaz yeni tətbiq olunur və məqsədi audiovisual yayımçılara daha çox reklam verilməsinə nail olmaqdır.
Qüdrət Həsənquliyev isə onun məqsədiylə deyil, cərimənin adekvat olub-olmadığı ilə maraqlandığını diqqətə çatdırıb.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb