Jurnalist Cəmil Məmmədli buraxıldı: "Dəstək olan hər kısə təşəkkür edirəm" (Yenilənib)

img

18-01-2023 [21:52]


Jurnalist Cəmil Məmmədli buraxılıb.

Mia.az xəbər verir ki, onun barəsində həbs növü olmayan, başqa yerə getməmək qəti intizam tədbiri seçilib.

Polisdən buraxılandan sonra sosial şəbəkədə paylaşım edən jurnalist dəstək olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, jurnalistin braxılma xəbərini DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov təsdiqləyib.

***

Ölkənin şimal zonasında fəaliyyət göstərən tanınmış jurnalist Cəmil Məmmədli tutulub.

Mia.az xəbər verir ki, bu faktı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov təsdiqləyib: "Sorğunuza cavab olaraq bildirirəm ki, başlanmış cinayət işi üzrə Məmmədli Cəmil Qiyas oğlu saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.".

Xatırladaq ki, dünən yayılan rəsmi məlumata görə, jurnalist 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişədə ittiham olunur.

Bildirilib ki, "Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq