Baş nazir ən təhlükəli mafiya liderinin tutulmasını "zəfər" saydı - Onun həbs əməliyyatına 100 hərbçi də qatılıb (FOTOLAR)

img

16-01-2023 [22:10]


İtaliya polisi 100 hərbçinin qatıldığı əməliyyatla 30 il axtarışda olan və 1992-ci ildə barəsində qiyabi ömürlük həbs hökmü çıxarılan mafiya liderini həbs edib.

Mia.az xəbər verir ki, iki prokuror və başqa bir mafiya liderinin 11 yaşlı oğlunun qaçrılaraq öldürülməsində də ittiham olunan Siciliyanın ən təhlükəli "Cosa Nostra" mafiyasının başçısı Matteo Messina Denaronun yeri bu gün aşkarlanıb.

100 əsgər və çoxsaylı polisin qatıldığı əməliyyatla, o, Trapani əyalətində gizləndiyi klinikada tutulub.

İtaliyanın baş naziri G.Meloni bu əməliyyatı mafiya üzərində "böyük zəfər" adlandırıb.

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR