Kılıçdaroğlu CHP-li bələdiyyə sədrlərini Ankaraya topladı, seçki müzakirəsi apardı - İmamoğlundan paylaşım (FOTO)

img

25-01-2023 [17:42]


CHP lideri Kemal Kılıçdaroğlu bu gün Ankarada böyük şəhərlərin bələdiyə sədrləri ilə görüşüb.

Mia.az xəbər verir ki, qapalı görüşün gündəliyi seçki məsələləri olub.

Görüşlə bağlı foto paylaşan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu sosial şəbəkə hesabında belə  yazıb: "Böyük şəhər Bələdiyyə başqanları olaraq, bu gün Ankarada sədrimiz, cənab Kemal Kılıçdaroğlu ilə seçki ilə bağlı məhsuldar söhbət etdik".

İmamoğlunun bu paylaşımının altına "nə olar, prezidentliyə namizəd ol" deyə şərh yazanlar olub.

Lamiyə,

Mia.Az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA