"Naxçıvan Dəmir Yolları"nın vəzifəli şəxsinə cinayət işi açılıb

img

16-01-2023 [12:02]


Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb.

Mia.az xəbər evrir ki, bu barədə Muxtar Respublika Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA