DİN Abdulbari Gozalın kürəkənini məhkəməyə verdi

img

12-01-2023 [16:16]


Daxili İşlər Nazirliyi (DİN) “DİA Holdinq FZCO” şirkətinin Azərbaycan Respublikasındakı Fililalına qarşı məhkəmə iddiası qaldırıb.

Mia.az yeniavaz.com-a istinadla xəbər verir ki, iddia bu gün (12.01.2023) Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun icraatına verilib.

Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı bildirilmir.

Məlumat üçün bildirək ki, “DİA Holdinq FZCO” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təsis olunub. Bu şirkətin Azərbaycandakı fililalı 05.12.2007-ci ildə Nərimanov rayonu, Ziya Bünyadov, ev 19/69 ünvanında qeydiyyata alınıb. Şirkətin Azərbaycandakı fililalının rəhbəri Burhan Keleşdir.

Şirkətin təsisçilərindən biri Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”in sahibi Abdulbari Gozalin qardaşı oğlu və eyni zamanda da kürəkəni olan Hassan Gozaldir.

Qeyd edək ki, “Alov Qüllələri” və Heydər Əliyev Mərkəzi kimi böyük tikililər “DİA Holdinq” tərəfindən inşa olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq