02-05-2014 [10:13]
Prosesdə Pərviz Həşimli və vəkilləri bir neçə vəsatətlər versələr də, onlar rədd edildi
T.Qurbanov isə hakimdən söz alaraq P.Həşimli barədə danışdı və tərəflər arasında ciddi insident yaşandı.
P.Həşimli: "Mən türmədən yazı yazıram?
P.Həşimli: "Bunu bura öyrədib göndəriblər”.
P.Həşimli: "Yalan deyir, buna sual verdim ki, niyə belə iş görürsən, niyə mənim üzümə durursan, dedi ki, ”mən işin bu vəziyyətə gəlib çatacağını bilmirdim. Deyirdim, yəqin 1-2 aya buraxarlar". Bu adama Elçin Quliyev xasiyyətnamə göndərib. Doğma bacısı buna düşməndir"...
Bu zaman P.Həşimli və T.Qurbanov bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətdilər. Dəmir barmaqlıqlar arxasında olan T.Qurbanov P. Həşimlini vurmaq istəsə də, nəzarətçilər müdaxilə etdi. Bundan sonra yarana biləcək hər hansı insidentin qarşısını almaq üçün T.Qurbanovun yanına bir nəzarətçi də oturduldu.P.Həşimli isə öz növbəsində hakimdən bir daha xahiş etdi ki, vəsatətlərə ciddi yanaşsınlar. Onun sözlərinə görə, T.Qurbanovla görüşməyə çıxanda moderator.az saytının texniki redaktoru Sədi Əliyev 2-ci mərtəbədə eyvanda siqaret çəkirmiş və onun bu xüsusda dindirilməsi vacibdir: "İstintaq materiallarında göstərilir ki, guya məni Təvəkkülün maşınında həbs ediblər, onun maşını ilə MTN-in yaxınlığına aparıblar. Halbuki həmin prosesin birbaşa şahidi olan Sədi Əliyev istintaqda dindirilməyib. Müstəntiq Elşən Murtuzov isə gəlib burada suallara cavab verməlidir. Əgər Təvəkkülün İran vətəndaşları Hüseyn və Rza ilə görüşü barədə istintaqda məlumat vardısa, niyə onu həmin vaxt alış-veriş edəndə həbs etmirdilər? Gəlib cavab versin ki, niyə saxlanılan gün məndən Vəli Nağıyev, Cavid Qurbanovu tanıyıb-tanımadığım, onların mətbuata hansı sifarişli yazılar ötürməsi, MTN-in əleyhinə yazdığım yazılar barədə suallar verirdi?” .
Hakim vəsatətləri təmin etmədi və daha sonra şahidlərdən İlqar Musayevin istintaqa verdiyi ifadə elan edildi. İ.Musayev istintaqa ifadəsində bildirib ki, 2013-cü il sentyabrın 8-də Pərviz Həşimli Gəncədə olarkən T.Qurbanovla birlikdə onunla görüşüblər. T.Qurbanov ona deyib ki, P.Həşimlidən ali məktəbdə oxuyan oğlunun yarana biləcək problemlərinin həll olunmasını tapşırmasını xahiş edəcək. O qeyd edib ki, Pərvizlə Təvəkkül çox səmimi və mehriban, qucaqlaşaraq öpüşüb-görüşüblər və bir-birilərinin 2005-ci ildən tanıdıqlarını deyiblər. P. Həşimli "yalandır, belə olmayıb” deyə replika atsa da, hakim ifadəni səsləndirməyə davam edib. İ.Musayev daha sonra bildirib ki, Pərvizlə Təvəkkül maşının arxasına çəkilərək ayrıca danışdıqları üçün onların nə söhbət etdiklərini və bir-birilərinə nəsə verib-vermədiklərinin görməyib. Silah alveri məsələsindən isə sonradan mətbuat vasitəsilə xəbər tutub.
Proses 5 may saat 11.00-da davam edəcək.
musavat.com
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib