Baş redaktor casusluq şübhəsi ilə saxlanılıb

img

06-01-2023 [12:21]


Latviya xüsusi xidmət orqanları “Sputnik Litva” xəbər agentliyinin baş redaktoru Marat Kasemi Riqada casusluqda şübhəli biliərək saxlayıb.

Bu barədə Sputnik Near Abroad Telegram kanalı məlumat yayıb.

Məlumata görə, yanvarın 5-də məhkəmə iclası keçirilib və nəticədə jurnalist Riqa mərkəzi həbsxanasına köçürülüb. Kasem Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarını pozmaqda, həmçinin casusluqda ittiham olunur. İkinci maddəyə görə, jurnalisti 20 ilədək həbs cəzası gözləyir.

Kasemi müdafiə edəcək vəkili İmma Cansone hələ də iş materiallarını əldə etməyib. Qanuna görə, məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün 10 gün vaxt var/AzVision.az.

Qeyd edək ki, Marat Kasem Latviya vətəndaşıdır, lakin bir neçə ildir Moskvada yaşayır və Sputnik Litvanın daxil olduğu “Rossiya Seqodnya” media qrupunda işləyir. Dekabrın 30-da xəbər agentliyinin baş redaktoru ailə vəziyyəti ilə əlaqədar Latviyaya gedib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq