VASİF TALIBOVUN ƏN BÖYÜK BİZNESİNİN YENİ SAHİBİ BİLİNDİ: şirkətin adı dəyişdi, ortaya müəmmalı sənəd itkisi çıxdı (FOTO/Yenilənib)
06-01-2023 [15:37]
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclsinin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasının çökdürülməsi prosesinə start verilib.
Mia.az xəbər verir ki, Talıbov ilk olaraq biznes imperisyasının ən iri subyektlərindən olan "Gəmiqaya Holdinq”i itirib. Şirkət bu gündən etibarən "Arkoz Holdinq” adı ilə fəaliyyət göstərəcək.
Qaynarinfo-nun məlumatına görə, Vasif Talıbovla bağlı proseslərin ilk gündlərindən "Gəmiqaya Holdinq”də əl dəyişimi həyata keçirilib. Holdinqin bütün subyektlərinin adı dəyişdirilib. İndi "Gəmiqaya Holdinq”ə daxil olan bütün şirkətlərin adı "Arkoz”la başlayır.
Hazırda Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarında "Arkoz Metal Konstruksiyalar Zavodu”, "Arkoz Travertin-Mərmər Zavodu”, "Arkoz Mebel Fabriki”, "Arkoz Avto-Servis”, "Arkoz Qazax Sement Zavodu”, "Arkoz İnaşşat Şirkəti”, "Arkoz Kərpic Kompleksi”, "Arkoz Merketinq” və "Arkoz Yol-Su Enerji” şirkətlərinin adına rast gəlinir.
Bu şirkətlərin bir çoxu Naxçıvan şəhər Vergilər İdarəsində qeydiyyatdadır. Onların yaranma tarixi illər əvvəli əhatə edir. Məlumatlara görə, bu şirkətlər vaxtilə "Gəmiqaya Holdinq”ə daxil olub. Vasif Talıbovun holdinqi adını dəyişəndən sonra ona daxil olan şirkətlərin də adında dəyişiklik edilib.

Bəs "Akroz Holdinq”in sahibi və rəhbəri kimdir?
Biznes mərkəzli sosial şəbəkə olan "Linkedİn"də "Arkoz Holdinq”in sahibi və idarəçisi kimi Çengiz Çelikin adı qeyd edilib. Çengiz Çelik türkiyəli memardır. O, "Akroz Ağrı Sement Zavod”unun direktorudur. Ümumiyyətlə, "Akroz Holdinq” adını "Akroz Mədənçilik Şirkəti”ndən götürüb. Bu şirkət Türkiyənin ən iri mədəçilik şirkətlərindən biridir.
***
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub.
Mia.az yeniavaz.com-a istinadla xəbər verir ki, artıq “Gəmiqaya Holdinq”ə məxsus rəsmi “Facebook” hesabının adı da “Arkoz Holdinq” adlandırılıb.
Məlumat üçün bildirək ki, “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalları azaldılıb. Ehtimal etmək olar ki, nizamnamə kapitalının azaldılması təsisçi dəyişikliyilə bağlıdır.
***
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.
Mia.az xəbər verir ki, artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.
Faktı APA-ya şirkətdən təsdiqləyiblər.
Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.
Qeyd edək ki, “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.
Onu da qeyd edək ki, mətbuatda adıçəkilən şirkətə məxsus torpaq sahələrinin sənədlərinin itməsi barədə xəbər də yayılıb. Bu xəbərlərin müqayisəli təhlili isə ortaya şübhəli mqəamlar çıxarır. Mümkün ehtimallardan biri də odur ki, Talıbovlar şirkətin balansına saldıqları torpaq sahələrinin sənədləri ya təhvil verməkdən imtina ediblər, ya da gizlətməyə cəhd ediblər. Bütün hallarda isə bu fakt onları "Gəmiqaya"dan rahatlıqka vaz keşmədiklərinə işarədir.
***
Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.
Məlumata görə, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.
Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb/Report.
Qeyd edək ki, "Gəmiqaya Şirkəti" MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.
Mia.az
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN