Türkiyə ilə Bolqarıstan arasında 13 illik saziş imzalanıb

img

03-01-2023 [16:37]


Türkiyə və Bolqarıstan arasında təbii qazla bağlı yeni saziş imzalanıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlama verib.

O bildirib ki, 13 il müddətinə bağlanan sazişə əsasən, Türkiyədən Bolqarıstana İldə təxminən 1,5 milyard kubmetr qaz nəql olunacaq: "Bu, başda Bolqarıstan olmaqla Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək, eyni zamanda Türkiyənin qaz mərkəzinə çevrilməsi üçün atılan mühüm addımlardan biridir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA