Azərbaycan Fəhlə Zəhmətkeşlər İttifaqı İlham Əliyevə müraciət etdi

img

01-05-2014 [15:12]


Azərbaycan Fəhlə Zəhmətkeşlər İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. MİA-ya daxil olan müraciətdə deyilir: 

Möhtərəm Cənab Prezidentimiz !

Qəbul etsəniz Sizi öncədən 1 May Həmrəylik Günü Münasibəti ilə Təbrik Edirik .

Sizə müraciətimiz olaraq , Sizində daha yaxşı bildiyiniz 1 MAY Ümumidünya Fəhlə Zəhmətkeşlərin, zəhmətsevər insanların öz Müstəqil Dövlətlərində 1 mayı qeyd edərək , biri - digərinə həmrəy oldugunu bildirən, dünya miqyasinda zəhmətkeşlərə olan qaygi – diqqət təzahürini əks etdirən , insanların zəhmətinə dövləti tərəfindən diqqəti – zəmanəti , zəhmətinin rəhbərliyi tərəfindən qiymətləndirildiyi , sayıldığını və hər bir zəhmət adamının qəlbində uzun illər gözlədiyi , Sizin tərəfinizdən qəbul olunarsa tarixi hadisə olaraq və təqdirə layiq ola biləcək 1 May bayramdır.

Müraciətimizdə qeyd olunanlara diqqət ayırıb, nəzərə alsaniz; İstərdik ki,

1. Azərbaycanda " 1 May " Fəhlə Zəhmətkeş insanların Həmrəylik günü olunması ; ,

2. 1 Mayın qeyri iş günü olunması ; ,

3. Fəhlə Zəhmətkeş insanlara " ruhlandırıcı” fəxri adların verilməsi ; ,

4. Dövləti əhəmiyyətli işdə daha fərqli zəhmət adamlarına " Azərbaycan Əməkçisi " adının verilməsi ;,

5. Zəhmət adamlarına nümunəviliyi göstərmək üçün ,işində fərqlənən fəhlələrə nümunəvi nişan və digər " təltiflərin " verilməsi ; ,

6. Və bəyan etdiyiniz 2014 – cü il Sənaye ili olaraq bu işdə yaxından iştirakımızın qəbul olunmasını düşünərək bu muraciətimizi həmçinin , Azərbaycan Respublikasının Baş Naziri Cənab Artur Rəsizadəyə və Azərbaycan Respublikası Milli Məclisin Sədri Cənab Oktay Əsədova ünvanlayırıq .

Böyük hörmətlə

Azərbaycan Fəhlə Zəhmətkeşlər İttifaqı

İctimai Birliyi

Sədr Tofiq Məhərrəmov


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA