Cəmil Həsənli Milli Şuradakı qalmaqaldan danışdı

img

05-05-2014 [13:14]


Milli Şura sədri Cəmil Həsənli qurumun keçirilən sessiyasında yeni üzvlərin qəbulu ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.


C. Həsənli  açıqlamasında bildirib ki, bu normal fikir ayrılığıdır. O, KXCP-nin narazılığı ilə nəticələnən yeni üzv məsələsi barədə bildirib ki, bundan sonra necə olacaqsa hər kəs görəcək.
 
"KXCP Milli Şuradan ayrılmadı, fəaliyyətini davam etdirir. Yeni üzv məsələsi də necə olacaqsa, görəcəksiniz”-deyə o bildirib.

Qeyd edək ki, mayın 3-də keçirilən sessiyada KXCP sədri Mirmahmud Mirəlioğlu yeni üzvlərin qəbul edilməsinə etiraz olaraq qurumdan istefa verdiyini açıqlayıb. Milli Şuraya qəbul edilməsi təklif olunana yeni üzvlər AXCP təmsilçiləri olub. Əli Kərimli KXCP-nin etirazından sonra bu məsələyə yenidən baxıla biləcəyini açıqlayıb.
 
Sessiya qalmaqalı mübahisələrlə yada qalıb.(publika.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA