İlham Əliyev “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

img

27-12-2022 [21:37]


Azərbaycan Prezidenti İlham Əliyev “Valyuta tənzimi haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.

Buna qədər yalnız milli valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızlar sayılırdı.

Dəyişikliyə əsasən, xarici valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızları da əhatə edəcək. Bundan əvvəl xarici valyutada qiymətli kağızlar xarici valyutada ifadə edilmiş ödəniş sənədləri( çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəliklərini əhatə edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA