Rusiya və İran 3000 km uzunluğunda yeni transkontinental ticarət dəhlizi yaradıb

img

22-12-2022 [09:47]


Rusiya və İran Şərqi Avropadan Hind okeanına 3000 km uzunluğunda yeni transkontinental ticarət dəhlizi yaratmağa başlayıblar.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik yazıb ki, layihənin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaq istəyidir.

Qeyd olunub ki, dəhlizin şimal nöqtəsi Azov dənizindədir. “Bloomberg”in tərtib etdiyi gəmi izləmə məlumatları, sanksiyalara məruz qalanlar da daxil olmaqla, onlarla Rusiya və İran gəmisinin artıq həmin marşrutla hərəkət etdiyini göstərir.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Mariya Şaqinanın sözlərinə görə, Rusiya və İran daxili ticarət dəhlizi yaratmaq üçün 25 milyard dollara qədər sərmayə qoyacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA