BU MƏHKƏMƏLƏRƏ YENİ HAKİMLƏR TƏYİN EDİLDİ - Tam siyahı

img

23-12-2022 [12:20]


Azərbaycanda bir sıra məhkəmələrə yeni təyinatlar olub, bəzi hakimlərin isə vəzifələrinə xitam verilib.

Mia.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında qərar qəbul edilib.

Belə ki,  "Məhkəmələr və hakimlər haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərov vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin isə vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Digər bir dəyişikliklə Şəki Apellyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudov vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Aşağıdakı şəxslər də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər:

- Rəhimli Lalə Elxan qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi;

- Cabbarova Gülnar İnqilab qızı - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi;

- İsmayılov Azər İbrahim oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

- Süleymanova Almaz Məhərrəm qızı - Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızı vəzifələrindən azad edilib.

Aşağıdakı şəxslər də Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq:

- Səmədov Xəqani Hacı oğlu - Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;

- Mehdiyev Elçin Məhəmməd oğlu - Şəki Rayon Məhkəməsinin hakimi;

Başqa bir dəyişikliklə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasməmmədov, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahit Fehruz oğlu, Şirvan İnzibati Məhkəməsinin hakimi Həsənov Samir Firdovsi oğlu və Biləsuvar Rayon Məhkəməsinin hakimi Əhmədov Pərviz Tərlan oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilİblər.

Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifələrini itib: 

- Kərimli İlham Əziz oğlu;

- Qasımov Faiq Adil oğlu;

- Məhərrəmova Şeyda Ədalət qızı.

Digər yandan, Bakı Apellyasiya Məhkəməsinə 12 hakim təyin olunub:

- Allahverdiyev Elbəy Hidayət oğlu - Bakı Hərbi Məhkəməsinin hakimi;

- Hüseynov Pərviz Aktiv oğlu - Bakı İnzibati Məhkəməsinin hakimi;

- Qasımov Fərrux Hüseynağa oğlu - Bakı Kommersiya Məhkəməsinin hakimi;

- Abdıyev Fuad Vilayət oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

- Rüstəmli Məhəmməd Əli oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

- Bəhrəmzadə Sabit Xanlar oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;

- Musayeva Cəmilə Ceyhun qızı - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

- Səmədov Rəşid Əfraim oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

- İbrahimov Anar Firdovsi oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi;

- Axundova Günay Təyar qızı - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

- Əyyubov Fərid İlham oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov da həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Eyni zamanda, deputatlar Naxçıvan Muxtar Respubliaksının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respubliaksının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı qərara "hə" deyiblər.Bundan əlavə, Dəyişikliklə Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR