Azərbaycanda gündəlik neft hasilatı noyabrda nə qədər olub? - Açıqlama

img

15-12-2022 [13:03]


Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barel olub.

Mia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 550 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda Azərbaycanda gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılması nəzərdə tutulurdu.

Ümumiyyətlə OPEC ölkələri noyabrda neft hasilatını oktyabr ayı ilə müqayisədə sutkada 744 min barel azaldaraq 28,83 milyon barelə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA