Şahin Bağırov: "İran sürücüləri bizdən kvota ayrılmasını istəyirdi..."

img

13-12-2022 [13:29]


"İşğadan azad edilmiş ərazilərdə yeni dəhlizlərin və sərhəd-keçid məntəqələrin üzərində gömrük postlarının yaradılması üzrə layihələr var".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov deyib.

O bildirib ki, hazırda Zəngilan rayonu ərazisində yerləşən Ağbənd gömrük-keçid məntəqəsi üzərində iş gedir: "Qarabağda 2 gömrük postu artıq fəaliyyət göstərir. Bunlar "Qazançı" və "Eyvazlı" gömrük postlarıdır. Həssas vaxtlarda bu məntəqələrdən keçid olmayıb, amma sonra "Eyvazlı" postundan 3 avtomobil keçib. Həmçinin, əvvəllər sürücülər gömrük rüsumu ödəməkdən imtina edirdilər. Əsasən İran sürücüləri yol vergisini ödəməkdən yayınmaq üçün bizdən kvota ayrılmasını istəyirdi, biz isə təklif etdik ki, gömrük rüsumunu ödəsinlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA