İqtisad Universitetində tiktokerlərlə tələbələrin görüşü etiraz doğurdu - Açıqlama (VİDEO)
09-12-2022 [11:54]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşü təşkil olunub. Universitetin akt zalında keçirilən görüşdən yayılmış videoda bir neçə tiktokerin iştirak etdiyi, tələbələrin onları coşqu ilə alqışladığı görünür.
“Qafqazinfo”nun məlumatına görə, bu görüntülər sosial şəbəkələrdə müzakirə və tənqidlərə səbəb olub. İzləyicilər tiktokerlərlə görüşün bu səviyyədə təşkilini nüfuzlu ali təhsil müəssisəsinə uyğun olmadığını bildiriblər. Onlar bu tiktok fenomenlərinin yumor hissinin belə zəif olduğunu bildirərək bu cür alqışlanmalarını rüsvayçılıq adlandırıblar, bu məsələdə universitet rəhbərliyini günahlandırıblar.
Məsələ ilə əlaqədar İqtisad Universiteti ilə əlaqə saxladıq. Təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən görüş UNEC-in tələbə təşkilatları tərəfindən keçirilib və bu məsələdə onlara seçim üçün tam sərbəstlik verilib: “Bizdə 11 tələbə təşkilatı var, biz onlara sərbəstlik vermişik ki, özləri öz maraq dairələrinə uyğun olaraq vaxtlarının səmərəli keçirilməsi üçün kimi istəyirlər, dəvət etsinlər. Düzdür, biz baxırıq, kimi dəvət etdiklərinə nəzarət edirik, amma tələbələr özləri xoşladıqları tiktokerləri, bloqerləri dəvət edirlər.
Bizim tələbələr çox tədbirlər keçirirlər, burada şəhid ailələri ilə görüşlər də var, rəsmi tədbirlər də var. Bu yaxınlarda öz təşəbbüsləri ilə şair Baba Vəziroğlunu da dəvət etmişdilər. Arada tələbələrə belə əyləncə də lazımdır. Bunu onların öz seçimlərinə buraxmışıq. Burada da qəbahət görmürük. Belə şəxslərin biletləri də satılır, konsertləri də təşkil olunur. Gənclər də ora kütləvi şəkildə gedirlər. Bu, tələbələrin özlərinin təşəbbüsüdür. Məcburi deyil, tələbələrin könüllü istəyini nəzərə alaraq tələbə təşkilatları sorğu əsasında belə görüş keçirirlər. Burada qınağa səbəb olacaq durum, qanun pozuntusu, qeyri-etik hərəkət yoxdur”.
Qeyd edək ki, sözügedən videodan görüşdə tiktokerlər Nicat Şakirli (Nikosayağı), Sabir Samiroğlu və Zaur İsgəndərovun iştirak etdiyi görünür.
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"