"Azercell"in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutub
08-12-2022 [19:07]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azercell Telekom” MMC və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəklədiyi “Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri açıqlanıb.
Mia.az xəbər verir ki, dekabrın 8-i gender əsaslı zorakılığa qarşı fəallıq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, “Azercell Telekom” MMC-nin və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəsmi nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə ölkəmizdə bu istiqamətdə görülən işlərin və maarifləndirilmənin vacibliyi vurğulanıb.
Bu tədbirlər çərçivəsində "Azercell"in təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin dəstəyi ilə cari ilin avqust ayında “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən yaradılan “Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri də görüş zamanı təhlil edildi. Xidmətə müraciət edən qadınların əhəmiyyətli hissəsi psixoloji və fiziki zorakılığa məruz qalıb, ailədaxili və boşanma problemləri ilə üzləşib. Ümumilikdə, "Qaynar Xətt"ə iki minə yaxın sorğu daxil olub və müraciət edənlərin yaş həddi 18-45 arasındadır.
Qeyd edək ki, “Qaynar Xətti”nin xüsusi ixtisaslaşdırılmış psixoloqları, sosial işçiləri və hüquqşunasları çətin həyat şəraitində olan qız və qadınlara 7/24 rejimində xidmət göstərir. "Qaynar Xətt"ə zəng edən xanımlara ilkin yardım göstərilir, zəruri hallarda müraciət icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.
Xatırladaq ki, 2010-cu ildən etibarən "Azercell" uşaqların hüquqlarının müdafiəsi məqsədilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə “Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyətinə də dəstək göstərir. “Azərbaycan Uşaq Qaynar Xətti” və “Qadın Qaynar Xətti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu