Baş Prokurorluqda “İnsan hüquqlarının əsas təminatları” mövzusunda konfrans keçirilib
07-12-2022 [17:10]
10 dekabr “Ümumdünya İnsan Hüquqları Günü” ilə əlaqədar Azərbaycan Prezidentinin Administrasiyasının, Milli Məclisin, həmçinin hüquq-mühafizə orqanlarının, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, Birləmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Baş Prokurorluqda “İnsan hüquqlarının əsas təminatları” mövzusunda konfrans keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, konfransda giriş nitqi ilə çıxış edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev milli dövlətçiliyimizin əsasını qoymuş, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlarla insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş kompleks mexanizm və tədbirlərin formalaşdırıldığını bildirməklə insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Ulu öndərin müəllifi olduğu Azərbaycanın ilk milli Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə bu sahədə keyfiyyətcə yeni mərhələnin başlandığını, çoxsaylı normativ-hüquqi aktların, dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, ümummilli liderin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla aparılan məqsədyönlü tədbirlər insan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyi artırmaqla hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə zəmin yaradıb.
Konfransda prokurorluq orqanlarının vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsində digər qurumlarla əlaqəli şəkildə üzərlərinə düşən vəzifələri layiqincə icra etdiyi bildirilməklə bu sahədə birgə əməkdaşlığın önəmi vurğulanıb.
Tədbirdə insan hüquqlarının müdafiəsi üçün Avropa Şurası alətləri, qaçqınlar, məcburi köçkünlər və insan hüquqları, vətən müharibəsindəki qələbə kontekstində insan haqlarına yeni baxış, insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, insan hüquqlarının təminatında məhkəmə hakimiyyətinin, o cümlədən prokuror nəzarətinin rolu, insan hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin fəaliyyətində vəkillərin yeri və rolu, insan hüquqlarının təmin edilməsində konstitusiya nəzarətinin, habelə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin rolu, Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasında qadın və uşaq hüquqlarının əhəmiyyəti, uşaq hüquqlarının təmin edilməsində prokurorluq orqanlarının rolu, cinayət prosesinin ayrılmaz tərkib hissəsi kimi azadlıq hüququnun təmin edilməsi mövzularında çıxışlar edilərək ətraflı müzakirələr aparılıb.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu