Özünü güllələyən hərbi qulluqçusu vəfat edib

img

07-12-2022 [11:23]


30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

Mia.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, Xidmətin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR