"Aztelekom"la "Baktelecom"a iş qaldırıb - Dövlət Xidməti tərəfindən

img

07-12-2022 [10:13]


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər barədə bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırıb.

Mia.az Dövlət Xidmətinə istinadən xəbər verir Kİ, HƏMİN rabitə müəssisələrində də müşahidə olunan qiymət artımlarının antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb. Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub və onlar tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR