"Vasif Talıbova 3 qanunsuz halı həll etdi, ancaq seçkilərdən sonra hər şey köhnə vəziyyətə qayıtdı"

img

06-12-2022 [14:18]


“Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar. İstədiklərini alıb gətirirlər”.

Mia.az xəbər verir ki, bu sözləri Naxçıvandan olan həkim Səxavət Əlisoy sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, 2010-da parlament seçkilərində namizəd kimi iştirak edərkən, Naxçıvan TV-də 10 dəqiqəlik çıxışı edərək, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun diqqətinə aşağıdakı qanunsuzluqları çatdırıb:

“1. Ümumvətəndaş pasportu (xarici pasport) veriləndə rüsumdan başqa 10 manat da əlavə pul alınır.

2. Türkiyədən Naxçıvana kartof, makoron və digər ərzaq məhsullarının keçirilməsinə icazə verilmir.

3. Türkiyəyə göndəriləcək şəkər çuğundurununun (pazı) 1 tonu qəbul məntəqəsində 750 kq yazılır".

Həkimin sözlərinə görə, seçki bitənədək naxçıvanlılardan pasport üçün əlavə 10 manat alınmayıb, ərzaq məhsulları maneəsiz buraxılıb və 1 ton pazıdan 250 kq kəsməyin qarşısı alınıb: "Amma seçkilərdən sonra hər şey köhnə vəziyyətə qayıtdı. Bunları xatırlatmaqda məqsəd odur ki, DTX yoxlamaları bitəndən sonra da gömrükdə köhnə günlər bərqərar olmasın. Gözləyək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR