Eşitmə və nitq məhdudiyyətli gənclərə “NAR”dan dəstək - FOTOLAR
02-12-2022 [12:09]
Peşə təlimi, məşğulluq və cəmiyyətə inteqrasiya
Cəmiyyətin əlilliyi olan şəxslərdən ibarət həssas bir təbəqəsi var. Arzuları, xəyalları qədər fiziki imkanları sonsuz olmasa da, çalışqanlıqları, bacarıqları, təşəbbüskarlıqları və həyata sevgiləri intəhasızdır. Onlar dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar. Amma xarici və yerli təcrübənin göstərdiyi kimi, əlilliyi olan insanlar çox vaxt cəmiyyətdə fəal iştirak etmək üçün bütün potensial imkanlara malik olsalar da, arzularını tam həyata keçirə bilmirlər. Onların cəmiyyətə inteqrasiyasına, təlim və tədrisə, məşğulluğa, özünüməşğulluğa daim ehtiyacları olur.
Korporativ sosial məsuliyyət layihələri ilə fiziki məhdudiyyətli şəxslərə mütəmadi töhfəsini verən “NAR” ənənəsinə sadiq qalaraq əlilliyi olan insanlara fəaliyyətində həmişə xüsusi yer ayırır. Ölkənin yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərən mobil operatoru vəzifəsini təkcə müştərilərin etibarlı tərəfdaşına çevrilməklə bitmiş hesab etmir, həmçinin KSM strategiyasını fəaliyyətinin ən vacib istiqamətinə çevirməkdə davam edir.
.png)
Fiziki məhdudiyyətli şəxslərin karyerasına töhfə
5 ilə yaxındır ki, “NAR”ın “Karlara Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə Bakıda və regionda reallaşan “Təlim Məktəbi” layihəsi nitq və eşitmə məhdudiyyəti olan insanların peşə qazanmasına və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi ilə həyata vəsiqə qazanır. Layihə müddətində təcrübəli mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası, motorçu, smartfon təmiri, dərzi, bərbərlik kimi ixtisaslar üzrə təlimlər təşkil olunub. “Təlim Məktəbi” layihəsinin “Eventiada IPRA Golden World Awards 2019” beynəlxalq müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olması da layihənin əhəmiyyətliliyinin göstəricisidir.
“NAR” bu təlimlərlə paralel məhz eşitmə və nitq məhdudiyyətli insanlar üçün müxtəlif layihələri ilə ölkədə işarət dili ilə bağlı bəzi tədris vəsaitlərinin hazırlanmasına nail olub və bu qəbil insanların ünsiyyətinin asanlaşdırılmasında “Səssiz dünyaya körpü” salıb. “NAR”ın eşitmə və nitq məhdudiyyətli insanlar üçün ilk elektron lüğətin hazırlanması ilə rəqəmsallaşmağa doğru layihəsi isə təkcə əlilliyi olan şəxslərin texnologiyalarla təmasını yaratmayıb, həm də onlara müasir dünyanın imkanlarını kəşf etmək imkanı bəxş edib.
Əmək bazarının tələbatına uyğun
“NAR”ın “Təlim Məktəbi” layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reablitasiya Mərkəzində həyata keçirilir.
NAR-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Təlim Məktəbi” layihəsinin əhəmiyyətini izah edir: “Layihənin məqsədi eşitmə və nitq məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə verməkdir. Eyni zamanda, fiziki məhdudiyyətli gənclərin maliyyə azadlıqlarına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etmək və cəmiyyətə inteqrasiyasına nail olmaqdır”.
Layihənin tərəfdaşı – Karlara Dəstək” İctimai Birliyi “NAR”ın dəstəyini yüksək dəyərləndirir. Belə ki, “NAR”ın maliyyə dəstəyi ilə həyata keçirilən “Doğma işarət dili” layihəsinin uğuru tərəfdaşlıq üçün yeni imkanlar açıb. Nəticədə “Karlara Dəstək” İctimai Birliyi ilə “NAR” əlilliyi olan insanlara dəstək məqsədilə “Təhsil Məktəbi” sosial layihəsinə üçüncü dəfə yenidən start verilib.
Birliyin rəhbəri Kamran Abasov layihəni eşitmə və nitq məhdudiyyətli şəxslərin gələcəyi üçün vacib hesab edir: “Layihə fiziki məhdudiyyətli gənclər üçün əmək bazarında böyük tələbat olan peşələr üzrə xüsusi peşə hazırlığının təşkilini nəzərdə tutur. 6 ay davam edəcək layihədə nitq və eşitmə qüsurlu 20 nəfər iştirak edəcək. Onlardan 10 nəfərinin manikür, 10 nəfərinin isə saç ustalığı təlimlərində iştirakı nəzərdə tutulub.
İlkin mərhələdə 3 ay ərzində peşəkar ustalar qadınlara manikür ustalığını öyrədirlər. Təlim başa çatdıqdan sonra iştirakçılar Əlillərin Peşə Reabilitasiyası Mərkəzindən müvafiq ixtisas üzrə sertifikat alacaqlar”.

“NAR” həyatımızı dəyişdi
“Təlim Məktəbi” layihəsı çərçivəsində Mərkəzdə gənc qızlar üçün manikür ustalığı təlimləri müasir avadanlıqla təchiz olunmuş otaqlarda keçirilir. Müəllimlər peşə üzrə böyük təcrübəyə malik praktik nəzəriyyəçilərdir. Təlimlərin uğurlu və daha effektiv olması üçün surdotərcüməçilər cəlb edilib ki, gənclərə bu peşə üzrə bacarıqlara yiyələnməkdə köməklik göstərirlər.
Gənclər “NAR”ın həyata keçirdiyi layihəni təkcə məşğulluq kimi deyil, həyatlarını kökündən dəyişəcək imkan kimi dəyərləndirirlər.
“Belə layihələrin davamlı olmasını arzulayıram!”- deyən layihə iştirakçısı Cəmilə Pauç bir neçə il əvvəl Polşada yaşayıb. Daha sonra Bakıya qayıdıb. Təlimə qatılmaq üçün həftəiçi 5 gün Xırdalan qəsəbəsindən Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14 ünvanda yerləşən Mərkəzə tələsir: ”Manükür peşəsinin sirlərini həvəslə öyrənirəm. Elə hesab edirəm ki, təlimlərdən sonra özməşğulluğumu qura biləcəyəm. Bu təlimlər mənə həm mənəvi, həm də maddi dəstək olacaq. Layihə həyatımda dönüş yaratdı. Buna görə, “NAR”-a minnətdarlığımı bildirirəm!”
.jpg)
“Təlim Məktəbi” layihəsinin iştirakçısı Könül Abbasova xüsusi istedadı ilə fərqlənir. Gənc qızın rəssamlıq əsərləri Mərkəzin divarlarını bəzəyir. Hətta sərgilərdən birində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya əsərini bağışlayıb. K.Abbasova “NAR”ın layihəsini isə həyatını dəyişdirəcək möcüzə adlandırır: “Manikür ustalığına böyük həvəsim var. Bu peşənin sirlərini sevərək öyrənirəm. Öz fantaziyalarım da gələcəkdə müştərilərə xidmət edərkən işimin keyfiyyətinə təsir edəcək. Əminəm ki, təlimlərin faydası gələcək həyatımda mühüm rol oynayacaq”.

İlk dəfədir ki, belə bir layihədə iştirak edən usta Kəmalə Əsgərova da “NAR”a minnətdarlığını ifadə edir: “Bu təlimlər gələcəkdə eşitmə və nitq məhdudiyyətli gənclərin müstəqil fəaliyyət göstərmələrinə, məşğulluqlarını təmin etməyə dəstək olacaq. Peşə təlimləri onları həyata bağlayır, cəmiyyətdə iştiraklarına dəstək olur”.
Eşitmə və nitq məhdudiyyətli bu gənclərin yeganə arzusu layihə başa çatandan sonra işlə təmin olunmaqdır.
.jpg)
“NAR”ın çağırışı
“NAR” ümumilikdə fiziki məhdudiyyətli gənclər üçün təlimi və yaranacaq iş imkanlarını onların müstəqillik qazanmaları və cəmiyyətə inteqrasiyalarının ən yaxşı yolu kimi dəyərləndirir. Elm və təhsilə dəstək, peşə təlimi strategiyasını əsas fəaliyyət istiqamətlərindən hesab edən “NAR”ın həyata keçirdiyi layihələr də əlilliyi və xüsusi ehtiyacları olan şəxslərin əmək bazarında müvafiq kvalifikasiyalar qazanmalarına hesablanıb. “NAR” öz təcrübəsində işəgötürmə prosesində fiziki məhdudiyyətlərə önəm vermir və bütün şirkətləri və bu strategiyanı dəstəkləməyə çağırır. “NAR” hesab edir ki, fiziki məhdudiyyətli şəxslərin təlim, tədris və məşğulluğuna dəstək dövlətin diqqət və qayğısı ilə yanaşı, hər bir şirkətin və vətəndaşın vəzifəsi olmalıdır.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub