Mərkəzi Bankın Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilib
02-12-2022 [10:41]
Azərbaycan Mərkəzi Bankının yaratdığı Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilib.
Mia.az xəbər verir ki, yeni sistem kapital bazarının inkişafına dair strateji planda, həmçinin “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin icrası çərçivəsində yaradılıb.
Sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı AMB, Milli Depozit Mərkəzi və "Bakı Fond Birjası" QSC-nin emitentlərə göstərdiyi xidmətlərin elektron şəkildə həyata keçirilməsinə başlanılıb. Bu sistemin yaradılmasında əsas məqsəd kapital bazarı üzrə elektron xidmətlərin tətbiqini genişləndirməklə bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsidir.
Sistem investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, səhmlərin birləşdirilməsi, xırdalanması və nominal dəyərinin artırılması və ya azaldılması zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının ölkə ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsinin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.
Əvvəllər adıçəkilən əməliyyatlar üzrə emitentlər yuxarıda qeyd olunan hər üç quruma ayrı-ayrılıqda müraciət edirdi və tələb olunan sənədlər kağız daşıyıcılarda təqdim olunurdu. Prosesin vahid portal üzərindən icrası və əməliyyatların elektronlaşdırılması ölkəmizdə kapital bazarının inkişafına, bu sahədə xidmət keyfiyyətinin artırılmasına və emitentlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.
Kapital bazarından səhm və istiqraz emissiya etməklə maliyyələşmə istəyən şəxslər, habelə anderraytinq xidmətini göstərən investisiya şirkətləri http://securities.e-cbar.az internet resursu vasitəsilə keçid etməklə sistemdən istifadə edə bilərlər.
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb