Moped sürmək üçün sürücülük vəsiqəsi lazım olmayacaq - Ekpsert "vergül"ün səhv başa düşüldüyünü deyir
30-11-2022 [15:23]
Dünən Milli Məclisdə müzakirə olunaraq 1-ci oxunuşda bəyənilən layihənin mopedlərə heç bir aidiyyəti yoxdur. Söhbət motosikletlərə aid meyarlardan birinin dəqiqləşdirilməsindən gedir.
Mia.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov Feysbuk hesabında yazıb.
O bildirib ki, bu Qanunun 1-ci maddəsinin 27-ci bəndində mopedə anlayış verilib:
"Normativ anlayışa əsasən, moped iş həcmi 50 kub santimetrdən çox olmayan, mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir. Yəni, heç bir halda mopedin daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, maksimum konstruksiya sürəti isə 50 km/saat-dan yuxarı ola bilməz. Əgər bu kəmiyyətlərdən biri aşılarsa, belə texnika artıq moped yox, motosikletdir.
Sadəcə olaraq Yol Hərəkəti Qaydalarının 27-ci maddəsinin 2-ci hissəsində dövlət qeydiyyatına alınmalı olan mexaniki nəqliyyat vasitəsinin meyarı kimi daxili yanma mühərrikinin iş həcminin 50 kub santimetrdən, maksimum konstruksiya sürətinin isə 50 km/saat-dan az olmaması barədə normada bu iki meyar arasında vergül işarəsi qoyulmuşdur. Hüquq normasını düzgün təfsir etməyənlər düşünürdülər ki, texnikada bu iki meyarın hər ikisi olmalıdır ki, o motosiklet sayılsın. Lakin bu, düzgün təfsir deyil. Çünki normaları təfsir edərkən sadəcə vergül işarəsinə yox, həm də başqa normaların sistemli təhlilinə də diqqət ayrılmalıdır. Belə olan halda isə tam aydın olur ki, əgər bu texnikanın daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, maksimum konstruksiya sürəti isə 50 km/saat-dan az deyilsə, bu moped yox, motosikletdir".
Ekspertin sözlərinə görə, motosiklet olduqda isə dövlət qeydiyyatı, nömrə verilməsi, onu sürənin isə ən azı “A1” altkateqoriyalı sürücülük vəsiqəsi məcburidir: "Mopedləri yenə də qeydiyyatsız (nömrəsiz) və vəsiqəsiz sürmək mümkün olacaq. Sadəcə olaraq real konstruksiya sürəti 50 km/saat-dan çox olan (bəzən hətta 80-90 km/saat olan), lakin mühərrikinin iş həcmi 50 kub santimetrdən az olduğuna görə indiyə qədər yanlışlıqlar səbəbindən qeydiyyata alınmayan kiçik motosikletlər də qeydiyyata alınacaq. Onları idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq”.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb